Karusel (6-09-2014, 19:52)
Oğlu ermənilər tərəfindən girov götürülən rəis müavini danışdı
Dünən Ermənistan Silahlı Qüvələri tərəfindən girov götürülən Cavid Məmmədovun ailəsi danışıb.
Cavidin atası Tərtər rayon yol polisi rəisinin müavini Samir Məmmədov Mediatv.az a açıqlamasında ürəyində problem yarandığını və hazırda xəstəxanada olduğunu bildirib və bu səbəbdən danışa bilməcəyini deyib.
Cavidin əmisi Sənan Məmmədov isə bildirib ki, 15 yaşlı qardaşı oğlu ikinci qrup əlil olub: “Çayda çimib, balıq tuturmuş və daha sonra sərhədi necə keçməsi ilə bağlı heç bir məlumatımız yoxdur”.
Qeyd edək ki, Ermənistan mətbuatı bu gün Azərbaycan vətəndaşı Cavid Məmmədovun ötən gün yerli vaxtla saat 18:10-da sərhədi keçmək istəyərkən saxlanılması və müvafiq strukturlara təhvil verilməsi ilə bağlı xəbər yaymış, Azərbaycan Müdafiə Nazirliyi də faktı təsdiqləmişdi.