Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Araşdırma (1-11-2018, 14:29)
SAHİBSİZ İTLƏR BAKINI İŞĞAL EDİB - Problemin həlli üçün təcili tədbirlər görülməlidir

Mediatv.az:Son illər paytaxtda və ətraf qəsəbələrdə sahibsiz itlərin sayı hədsiz çoxalmışdır. Heç kim küçədə sahibsiz itlərin hücumundan sığortalanmayıb. Sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır. Görünən odur ki, sahibsiz itlərə qarşı mübarizı tədbirləri ya həyata keçirilmir, ya da həyata keçirilsə belə effektiv nəticə vermir. Bu problemlə paytaxt sakinləri hər gün üzləşirlər. Çünki it dişləməsinin quduzluğa səbəb ola bilitr. Quduzluq isə vaxtında vaksin vurulmazsa, qısa zamanda ölümlə nəticələnən xəstəlikdir. Əvvəllər sahibsiz itləri öldürürdülər. İndi beynəlxalq təşkilatlar, heyvanları müdafiə cəmiyyətləri buna qarşı çıxırlar. Heyvanlara qarşı qəddarcasına rəftar Avropa Konvensiyasını dəstəkləyənlər tərəfindən pislənilir. Avropa oyunları öncəsi mərkəzi küçələri təmizləyiblər, hətta sosial şəbəkələrdə sahibsiz itlərin yandırıldığı barədə videolar da yayılandan sonra İndi daha yandırmırlar, öldürmürlər, mərkəzdən üçüncü, dördüncü, beşinci dərəcəli zonalara qovurlar. Bu da Bakıətrafı qəsəbələrin sakinlərini narahat edir. İnsanların şikayətləri isə günü - gündən artır.Mediatv.az-ın araşdırmasına görə Zibil qutularını sahibsiz itlər tərəfindən dağıdılır, heyvanlar müxtəlif infeksiyaları özləri ilə binaların bloklarına daşıyırlar. Parklarda gəzmək çətinləşir. Məktəb və bağçalarda uşaqların hərəkətinə təhlükə yaranır. İtlərin müdafiəsinə qalxan heyvansevərlər isə bu qədər sahibsiz itləri yemləmək, onlara sözün əsl mənasında yiyə durmaq imkanına malik deyillər. Ac itlər hətta insanlara, əsasən də uşaqlara hücum çəkirlər. Son iki ayda minə qədər it dişləməsi hadisəsi qeydə alınıb. Vətəndaşlardan aidiyyəti qurumlara və KİV-ə ünvanlanan müraciətlərdə belə bir xahiş ehtiva olunur ki, xəstə və xəstəlik daşıyıcısı olan heyvanlar məhv edilsin, sağlam heyvanlar isə əvvəlki kimi axtalanıb buraxılsın. Sözügedən problemin çözüləcəyinə ümid verən məsələlərdən biri bu yaxında Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birgə layihəsinin təqdimatı olunmasıdır. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və bu sahədə işlərə may ayından etibarən başlanılıb. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri həyata keçiriləcək. Burada beynəlxalq norma və tələblərə uyğun qəfəslər qurulacaq. Eyni zamanda, mərkəz müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıqlar və preparatlarla təchiz olunacaq. Layihə müddətində əhalinin məlumatlandırılması məqsədilə təbliğat aksiyalarının keçirilməsi planlaşdırılır. Sosial videoçarxların, animasiya filmlərinin çəkilişi, veb-saytın yaradılması, ictimai tədbirlər, sərgilər və s. keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, problemin həllinə dair əhalinin mövqeyini öyrənilməsi məqsədilə sosial sorğu da keçiriləcək. Sahibsiz itlər tutulduqdan sonra mərkəzə yerləşdiriləcək, burada müəyyən müddət ərzində saxlanılacaq, müayinədən keçiriləcək, sterilizasiya və peyvənd olunacaq, onlara mikroçip yerləşdiriləcək. Bu mərhələlərin ardınca müəyyən müddət keçdikdən (karantindən) sonra sağlam sahibsiz itlər sərbəst buraxılacaq. Mərkəzin gələcək fəaliyyəti sahibsiz itlərlə bağlı aparılan monitorinqə əsaslanacaq. Gələcəkdə mərkəzə gün ərzində 30-dan 50-dək sahibsiz itlərin tutulub gətirilməsi planlaşdırılır. Balaxanı qəsəbəsindəki sahibsiz itlər üçün sığınacaq mərkəzində yenidənqurma işləri başlanıldığından hazırda burada olan heyvanlar müvəqqəti olaraq IDEA Heyvanlara Qayğı Mərkəzində saxlanılacaq. Ağır yaralı, müalicələri mümkün olmayan, əhali üçün aqressiv və təhlükəli olan sahibsiz itlərin isə sivil qaydada zərərsizləşdiriləcəyi nəzərdə tutulur. Yeni mərkəzdə sahibsiz itlərin sterilizasiyası və peyvəndlənməsini həyata keçirəcək baytar həkimlər, onların tutulmasını təşkil edəcək xüsusi mütəxəssislər çalışacaqlar. Mərkəzdə sahibsiz itlər üçün təcili tibbi yardım fəaliyyət göstərəcək. Həmçinin küçə itlərinin aşkar edilməsi və onlara müvafiq yardım göstərilməsi məqsədilə “Qaynar xətt” yaradılacaq. Sahibsiz itlərin ovlanması ilə məşğul olan briqada xüsusi avadanlıqlarla təmin ediləcək. Mərkəzdə peyvənd və sterilizasiya olunan itlər üçün xüsusi zonanın yaradılması nəzərdə tutulub. Buradan arzu edən hər kəs onları himayəyə götürə biləcək. Baytar həkimlər heyvanlara qayğı və peyvənd barədə onları sahiblənən şəxslərə məlumat verəcəklər. Mərkəzə daxil olan bütün itlərlə bağlı məlumatlar - tutulduğu tarix və ünvan, heyvanın vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil ediləcək. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdiriləcək. Paytaxtda həyata keçirilən pilot layihənin gələcəkdə regionları da əhatə etməsi nəzərdə tutulur. Üç il müddətində davam etdirilməsi planlaşdırılan layihə çərçivəsində, həmçinin yeni qanunvericilik də hazırlanac

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024