Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (20-09-2017, 14:39)
Ziya Məmmədovun bacısının fəaləti araşdırlır

 

 

 

 

 

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb. 

Bildirilir ki, xanım direktor işində yol verdiyi nöqsana və  haqqındakı rüşvət alma ittihamına görə vəzifəsindən çıxarılıb. 

Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki dəqiqləşdirmək üçün sözügedən liseylə əlaqə saxlayıb. 

Liseydən bildirilib ki, Məhbubə Məmmədova 3 gündür ki, səhhəti ilə bağlı işə çıxmır: “Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.

Məsələ ilə bağlı Təhsil  Nazirliyinin sektor müdiri Cəsarət Valehov da “Qafqazinfo”ya danışıb. O qeyd edib ki,  hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: “Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”. 

Qeyd edək ki, sabiq nazirin bacısının pedaqoji fəaliyyəti ilə bağlı mətbuatda çoxlu neqativ informasiyalar yayılıb. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.

Xatırladaq ki, son günlər keçmiş nazir Ziya Məmmədovla bağlı bir- birinin ardınca məlumatlar yayılır. Bildirilir ki,  sabiq nazir Xarici İşlər  Nazirliyinin yanındakı evini də satışa  çıxarıb. Onun oğlu Anar Məmmədovla birgə xaricə köçmək istəyinin olduğu da vurğulanır. 

 

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024