Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (2-12-2016, 19:21)
Sabirabaddan həyəcanlı xəbərlər- Nazim İsmayılov rayonu məhvə sürükləyir

Sahibkarlar və büdcə təşkilatları artıq talana susmaq istəmir

Yoxa çıxan milyonlar kimlərin cibinə axır ?

Müdhiş korrupsiyanın təfərrüatları


Bir çox məmurların iş prinsipinə nəzər saldıqda elə düşünmək olar ki, sanki bəziləri özü üçün “toxunulmaz kadr” statusunu təmin edib. Çünki, onların əməlləri, formalaşdırdıqları korrupsiya piramidası heç bir ölçüyə, qanuna sığımır. Ölkə başçısı dəfələrlə məmurları sərt şəkildə tənqid etsə də bəziləri nəticə çıxartmaq əvəzinə öz bildiklərini etməkdə davam edirlər.

Adı zaman-zaman müxtəlif korrupsiya faktlarında çəkilən, qanunsuz əməlləri ilə medyanın gündəmindən düşməyən məmurlardan biri də Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovdur.

Sabirabad rayonu bu gün sosial-iqtisadi böhranın girdabında boğulur. İşsizliyin, korrupsiya və rüşvətxorluğun tüğyan etdiyi rayonda əhalinin “böyük köçü” başlanıb. Camaat Nazim İsmayılovun zülmündən sadəcə başını götürüb qaçmaqla xilas olmağa çalışır. Çünki, icra başçısının formalaşdırdığı rejim şikayətçiləri, narazıları təqib edir, incidir. Əlacı kəsilən sabirabadlılar dolanacaq ümidi ilə paytaxta, digər bölgələrə üz tuturlar.

Rayonda fəaliyyət göstərən sahibkarların, büdcədən maliyyələşən təşkilatların vəziyyəti daha ağırdır. Rubrika.az-a danışan, adının çəkilməsini istəməyən sahibkar bildirir ki, Nazim İsmayılovun əlaltıları iş adamlarına konkret divan tutur. Xüsusilə rayonda abadlıq-quruculuq işləri adı altında sahibkarlar xüsusi aylıq ödəməyə məcbur ediliblər. Dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyən rayon rəhbərləri iş adamlarını yağmalamaqla gözdən pərdə asmaq istəyirlər. Sahibkarlar bildirir ki, N.İsmayılovun gördüyü işlərə abadlıq-quruculuq yox, talamaq-dağıdmaq adı vermək olar. Neçə-neçə sahibkar rayondakı ab-havadan bezərək sadəcə başını götürüb qaçmaqla xilas olub.

Vəziyyət o qədər kritikdir ki, hətta büdcədən maliyyələşən dövlət idarələrində də narazılıq son həddə çatıb. Büdün idarə və təşkilat rəhbərləri də başçının aylığını verməyə məhkumdurlar.

Rubrika.az-a daxil olan məlumatda bildirilir ki, icra başçısı “aylığını” toplamaq işini birinci müavini Həsən Həsənova həvalə edib. Rubrika.az-a danışan sahibkar bildirir ki, dəhşətli hal odur ki, toplanan vəsaitlər heç də rayonun abadlaşdırılmasına sərf edilmir. “ Heç olmasa bizdən toplanan pulları rayonun abadlığına sərf etsələr bizi bu qədər yandırmaz. Deyərik öz rayonumuza xərclənir. Ancaq, bizdən zorla toplanan milyonlar Nazim İsmayılov və Həsən Həsənov tərəfindən mənimsənilir.”

Rubrika.az-a daxil olan məlumata əsasən icra başçısı Nazim İsmayılov dövlət büdcəsindən rayon üçün ayrılan vəsaitlərin mənimsənilməsi üçün ilginc bir metod tapıb. Belə ki, rayonda aparılan bütün abadlıq və tikinti işlərinə özünə yaxın olan və icra başçısı təyin edildikdən sonra qurduğu «VVS Tikinti Təhcizat» MMC vasitəsilə həyata keçirir. Lakin adıçəkilən şirkət məhz tikinti-təmir və abadlıq işlərinin həyata keçirilməsini reallaşdırmır. “VVS Tikinti Təhcizat” MMC həm də yerli icra nümayəndəlikləri, o cümlədən də əksər büdcə təşkilatlarının dəftərxana təchizatı üzrə tenderlərin də qalibi olur. Rubrika.az –a verilən məlumata görə “VVS Tikinti Təhcizat” MMC icra başçısının ən yaxın adamlarından birinə məxsusdur. Adıçəkilən şirkət rayon üçün ayrılan bütün büdcə vəsaitlərinin xərclənməsində də iştirak edir.

Bir faktı qeyd edək ki, son 3 ildə Sabirabad rayon İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb. Söhbət sadəcə "Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir. Digər ayırmaları, büdcə təşkilatlarından, sahibkarlardan toplanan “aylıq”ları da bura əlavə etsək çox böyük bir rəqəm alınır. Bu isə Sabirabadda korrupsiyanın hansı dərəcədə dəhşəıtli hal aldığının göstəricisidir.

Təsadüfi deyil ki, Nazim İsmayılovun oğlunun imarəti, sürdüyü bahalı maşınlar, keçirdiyi həyat tərzi haqqında medyada kifayət qədər məlumatlar tapmaq olar. Yəqin ki, bütün bunları icra başçısı halal maaşı ilə etməyib. Bütün bunlar Sabirabadı dərin böhrana salan korrupsiyanın qismən görünən tərəfləridir.
Bu korrupsiyanın görünməyən tərəfləri barəsində növbəti yazılarımızda olduqca ilginc faktları diqqətinizə çatdıracağıq.
Bizi izləyin !

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024