Sosial / Slayd (12-08-2015, 10:53)
Nazim İsmayılov və “komandası” sahibkarlara haqq qoyur: Prezidentin xəbərdarlığından sonra belə...
Sabirabadın icra başçısı hər ay büdcə təşkilatlarından, iri və orta sahibkarlardan, müavinləri isə abadlıq işlərindən külli miqdarda vəsait mənimsəyir və qazanc əldə edirlər
Bu bir faktdır ki, abadlıq və yenidənqurma işlərinin aparılması üçün ölkə prezidenti büdcədən, prezident fondundan və yerli icra hakimiyətinin fondundan kifayət qədər vəsait ayırır.
Bu halda Həsən Həsənov hansı abadlıq işlərinin aparılması üçün büdcə təşkilatlarından və sahibkarlardan pul toplayır və hansı əsasla?
Əziz oxucularımız, əgər xatırlayırsınzsa, ölkə prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında bəzi nazirliklərə, icra başçılarına sərt xəbərdarlıq etmişdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi:
"Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti, əfsuslar olsun ki, formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.
Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri "haqq" qoyurlar, pay istəyirlər, "krışalıq” edirlər... Buna son qoyulmalıdır, yığışdırılmalıdır!”.
Prezidentin bu çıxışından sonra gözlənilirdi ki, bir sıra nazirliklər və icra başçıları öz fəaliyyətlərində dönüş yaradacaq və sahibkarlardan müxtəlif təzyiqlərlə "haqq" almaqdan imtina edəcəklər. Lakin çox təəsüf hissi ilə bildiririk ki, bir çox icra başçıları hələ də prezidentin srn çıxışından lazımı nəticə çıxarmayıblar. Sabirabaddan AzFakt.com-a ünvanlanan şikayət məktubundan da görünür ki, bəzi icra başçıları sahibkarlardan zorla pul toplayaraq, prezidenti rayonların abalşadırılması və sosial inkişafını təmin edilməsi üçün ayırdığı vəsaitləri mənimsəmək əməllərindən hələ də vaz keçmirlər.
Sabirabaddan daxil olan məlumata görə rayon icra başçısı Nazim İsmayılov birinci müavini Həsən Həsənovla birlikdə rayondakı büdcə təşkilatlarına və rayonda sahibkarlıqla məşğul olan insanlara aylıq "haqq" qoyublar. Şikayətdə bildirir ki, rayondakı büdcə təşkilatları ilə aparılan “haqq hesab” işlərini icra başçısı adından müavini Həsən Həsənov görür. Bütün "haqq-hesab kitablarını" öz əlində tutan birinci müavin hamıya büdcə təşkilatlarından və sahibkarlardan yığdığı vəsaitləri rayonun abadlaşdırılması və tikinti işləri üçün xərcləndiyini bildirir. Amma bu da bir faktdır ki, abadlıq və yenidənqurma işlərinin aparılması üçün ölkə prezidenti büdcədən, prezident fondundan və yerli icra hakimiyətinin fondundan kifayət qədər vəsait ayırır. Bu halda Həsən Həsənov hansı abadlıq işlərinin aparılması üçün büdcə təşkilatlarından və sahibkarlardan pul toplayır və hansı əsasla?
Şikayətçi bildirir ki, əslində Sabirabadda hamı yaxşı bilir ki, Həsən Həsənovun yığdığı vəsaitlər birbaşa icra başçısı Nazim İsmayılova çatır. Başçı isə öz növbəsində həmin vəsaiti özünün şəxsi işləri üçün xərcləyir. Həsən Həsənovun Nazim İsmayılov üçün vəsait yığmasının əvəzində isə icra başçısı Sabirabad rayonunda həyata keçirilən bir çox abadlıq, tikinti işlərini müavininə həvalə edib.
Şikayətçi iddia edir ki, Həsən Həsənov öz növbəsində digər müavin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənovla birləşərək tikinti işlərini özlərinə yaxın şəxslərə məxsus şirkətlərə verirlər. Bu işdə hər iki müavinin başqa bir ortağı isə rayon maliyyə idarəsinin müdiri Hüseynağa Gülüşovdur. Məhz “bu üçlük hər il rayonun daxili büdcəsindən ayrılan milyonlarla manatlıq abadlıq, tikinti işlərini öz nəzarətlərinə almaqla külli miqdarada qazanc əldə edirlər”, deyə məlumatlı şəxs bildirir.
Qeyd olunur ki, icra başçısının müavinlərinin şirkətləri əsasən şəhər yollarının, səkilərinin, parkların təmiri işlərində daha çox aktivdirlər. Həmin şirkətlər il ərzində 10-12 tenderin qalibi olmaqla ümumilikdə bir neçə milyona yaxın işlərin görülməsini həyata keçirirlər. Həyata keçirilən işlərdə isə şişirtmlərə yol verildiyi və alınan, istifadə olunan mal matrealların qiymətlərinin bir neçə dəfə artırıldığı deyilir. Şişirdilən qiymətlərdən isə bəhrələnən Həsən Həsənov, Vahid Həsənov və Hüseynağa Gülüşov üçlüyüdür.
Bildirilir ki, bir qayda Hüseynağa Gülüşov əsasən ayrılan vəsaitlərdən 10 faizlik "haqq" götürür. Həsən Həsənovla Vahid Həsənov isə daha böyük maliyyə maxinasiyaları ilə məşğuldurlar. Yəni onlar qiymətlərin şişirdilməsi vasitəsi ilə ümumi vəsaitin təxminən 50-55 faizini mənimsəyirlər. Bu əməliyyatda rayon icra başçısı Nazim İsmayılovunda payının olduğu deyilir. Çünki şikayətçinin bildirdiyinə görə hər iki müavin qazandıqları vəsaitləri icra başçısının xəbəri olmadan mənimsəyə bilməzlər.
Amma ştikayətçi iddia edir ki, bir çox tenderlərdən əldə olunan qazancların Nazim İsmayılova aidiyyatı yoxdur. Belə ki, icra başçısı büdcə təşkilatlarından hər ay yığdırdığı hesabı təkbaşına mənimsədiyi üçün müavinlərinin bəzi işlərinə toxunmur. Yəni, faktiki olaraq Nazim İsmayılov və "koomandası" həm yerli büdcə təşkilatlarından və sahibkarlardan qanunsuz pul toplayır, həm də dövlətin ayırdığı vəsaitləri mənimsəyirlər. Bu zaman isə prezidentin son xəbərdarlıqlığını belə gözardı etməkdən də çəkinmirlər.
Bundan başqa Sabirabaddan daxil olan digər məlumatda deyilir ki, Nazim İsmayılov Sabirabad şəhərinin abadlaşdırılması üçün ildə 2-3 dəfə rayonun imkanlı iş adamlarından vəsait yığdırarır. Qeyd edək ki, Sabirabad icra başçısı və müavinlərinin maliyyə maxinasiyaları ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik. Bizi izləməkdə davam edin.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024