Karusel / Slayd (22-11-2016, 23:16)
İsmayıllının icra başçısına qarşı İDDİA - Mirdamət Sadıqov çətin durumda
Mediatv.az: Ötən həftə İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovun infarkt keçirtməsi ilə bağlı oxucularımıza xəbər vermişdik. Həmin məlumatda bildirmişdik ki, icra başçısının infakt keçirtməsinin səbəbi bilinmir. Kiçik bir müalicə aldıqdan sonra iş başına keçən Mirdamət Sadıqov ürəyində problemlərin hələ də qalır. İsmayıll icra hakimiyyətindəki etibarlı mənbənin AzToday.az-a bildirdiyinə görə Mirdamət Sadıqovun infarkt olmasının əsas səbəbi İsmayıılı şəhərində paytaxtdan olan bir neçə sahibkarın tikdirdiyi bazarla bağlıdır. Belə ki, həmin bazar sahiblərinə icra başçısının "maklerlik" edərək 400 min manat atması ilə bağlı bir neçə həftə öncə məlumat vermişdik. Lakin həmin məlumatdan sonra İsmayıllı icra hakimiyyəti əl-ayağa düşərək təcili şəkildə saytımıza təkzib fason münasibət yollayaraq baş verənlərin Mirdamət Sadıqovla heç bir əlaqəsinin olmadığını subut etməyə çalışdılar. Ancaq icra hakimiyyətinin təkzibinə baxmayaraq rayondakı etibarlı mənbəmiz hadisəinin olduğunu və həqiqətən də Mirdamət Sadıqovun Bakıdan olan iş adamlaırna 400 min manat vəsaiti atdığını israrla bildirir. İsmayıllı icra hakimiyyətindəki mənbəmiz rayonda "Maslaprom Yunis" kimi tanınan şəxsə məxsus torpaq sahəsinin satılmasında vasitəçinin Mirdamət Sadıqov olduğunu və satan şəxsədn 300 min manata alaraq qarşı tərəfə 700 min manata verdiyini bildirir. Torpaq alqı-satqısındna sonra iş adamları dəmdəzgahlı bir bazar tikərək istifadəəy vermək istəyiblər. Lakin onlaırn bu istəyi baş tutmayıb. Çünki sovetlər dönəmindən işləyən kolxoz bazarı yeni tikilən bazara ciddi şəkildə mane olub. İş adamlaır Mirdamət Sadıqovdan kolxoz bazarının sökülməsini tələb etsələrdə icra başçısı bu məsələdən yayınıb.Halbuki icra başçısı onlara ilk əvvəl söz veribmiş ki, yeni bazarı istiadəyə verən kimi kolxoz bazarını ləvğ edəcək. Mirdamət Sadıqovun verdiyi sözü tutmamasından qəzəblənən sahibkarlar isə ciddi şəkildə narazılıq ediblər. Bundan sonra isə kiçik bir araşdırma nəticəsində onlara məlum olub ki, icra başçısı onlara nə az nə də çox düz 400 min manat pul atıb. Baş verənlərdən qəzəblənən iş adamları pullarını icra başçısından tələb etməyə başlayıblar. Mirdamət Sadıqov isə onların bu tələbini geri çevirərək pul verməyəcəyini deyib. Mənbəmiz bildirir ki, icra başçısı sahibkarlara yox dedikdən sonra onlar hakimiyyətin yuxarı dairələrinə şikayət etməyə başlayıblar. Şikayət oluna şəxslərin içində isə ən pik nöqtə məhz Prezidentin şəxsi mühafizəçisi general Bəylər Eyyubov olub. Haqlarını tələb edən və aldadıldıqlaırnı deyən sahibkarlar generaldan kömək istəyiblər. Məlumata görə general sahibkarlara məsələnin araşdıracağını və onlara kömək edəcəyini söz verib. Atdığı şəxslərin prezidentin yaxın ətrafına çıxmaları və ondan haqlı şəkildə şikayət etmələri isə Mirdamət Sadıqovu ciddi şəkildə əsəbləşdirib. Bu zaman icra başçısı qorxusundan stres keçirdərək infarkt olub. Ürəyindən infarkt keçirtməsini heç kəsin bilməsini istəməyən Mirdamət Sadıqov gizli şəkildə Bakıya gələrək qısa müddətdə müalicə aldığı deyilir. Anacq problemlərinin qalmasına görə icra başçısı paytaxtdan müayinə və müalicə üçün xüsusi həkim çağırtdırdığı bildirilir. İsmayıllıdan redaksiyamıza icra başçısı Mirdamət Sadıqovun özbaşınalıqları ilə barədə daxil olan məlumatları araşdırmaqdayıq. Gələcək yazılarımızda Mirdamət Sadiqovun rayonun maliyyə şöbəsində işləyən qohumu və icra başçısı oğlunun rayonda keçirdiyi özbaşınalıqlardn, həmçinin Mirdamət Sadiqovun tender oyunlarından geniş məlumat verəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.