Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-10-2016, 21:50)
Nazir müavini Arif Əsgərov “ip”də - bu dəfə xilas olmaya bilər

Dövlətin milyardlarını “bozbaş kimi yeyən” məmur haqda sensasion məlumatlar; “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun səsləndirdiyi ittihamlar A.Əsgərovun irimiqyaslı korrupsiyaya bulaşdığından xəbər verir; il yarım əvvəl həbs olunmaq təhlükəsindən qurtulan məmur haqda araşdırma başlandığı deyilir 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun əvvəlki rəhbərlik barədə səsləndirdiyi ittihamlar gündəmin mövzularından birinə çevrilib. “Mən əvvəllər də ”Azərbaycan Dəmir Yolları" QSC-də çalışmışam. Sonradan Nəqliyyat Nazirliyinə təyinat aldım. İş elə gətirdi ki, yenidən “Azərbaycan Dəmir Yolları” QSC-yə qayıtmalı oldum. Bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum" deyən, C.Qurbanov keçmiş rəhbərliyin fəaliyyətsizliyi haqda konkret faktlar sadalayıb: 

“Lokomotiv parkı yox dərəcəsində idi. 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi”. 

C.Qurbanov Arif Əsgərovun uzun müddət oturduğu əsas binanın bərbad olması haqda da danışıb: “Bir gün əsas binamızda otaqlardan birinə girdim və gördüm ki, bir xanım yanında uşaqla əyləşib. Otaqdan bozbaş iyi gəlirdi. Xanım yeməyi radiatorun üstündə qızdırırdı. Ən pisi odur ki, radiatorun ”vilka"sı da bərbad gündə idi və “vilka” ilə “razetka” bir-birinə məftillə bağlanmışdı. Mən o xanımın xətrinə dəymədim, çünki onun bu məsələdə günahı yoxdur. Günahkar bu şəraiti yaradandır".

QSC sədri əlavə edib ki, cəmiyyətin fəaliyyətində tam şəffaflığın yaradılmasına nail olmaq istəyir: “Artıq mal-materialın alınmasında olan nöqsanların, pozuntuların kökünü kəsmişik. Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər. Bunun kökünü kəsmək üçün nəzarəti sərtləşdirmişik. Tender proseduru keçirilmədən bir dənə də olsun kənardan mal-material gətirilə bilməz”.

Ötən ilin fevral ayının 10-dan “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik edən C.Qurbanov bundan əvvəl də hazırda nəqliyyat nazirinin müavini olan sələfi Arif Əsgərovun ünvanına ad çəkməsə də, sərt tənqidlər səsləndirmişdi. Hələ təyinatının ilk günlərində mediaya açıqlamasında C.Qurbanov əvvəlki rəhbərliyi tənqid etmişdi. QSC sədrinin ilk açıqlamasında 12 min qatarı və 2000 km dəmir yolunu dəyişdirməli olduğunu deməsi isə A.Əsgərovun bu illər ərzində ayrılan pulları hara xərcləməsi barədə haqlı suallar yaratmışdı. 

Çünki rəsmi məlumatlarda A.Əsgərovun rəhbərliyi dövründə dövlət büdcəsindən dəmir yolu təsərrüfatına qeyri-rəsmi məlumata görə, bir neçə milyard manat vəsait ayrılsa da, C.Qurbanov faktiki “quru yurda” rəhbər təyin edilmişdi. İnfrastrukturun və texnikanın QSC sədrinin dediyi kimi, bərbad durumda olması A.Əsgərovun irimiqyaslı korrupsiyaya bulaşdığından xəbər verirdi. 

C.Qurbanovun son açıqlaması da bir daha təsdiq edir ki, ölkəyə vaxtilə daxil olan böyük neft gəlirlərinə, üstəlik, nəqliyyat sektorunun da kifayət qədər rentabelli olmasına baxmayaraq, hətta dəmir yolu relslərinə xidmət istiqamətində heç bir iş görülməyibmiş, dəmiryolçular adi ratsiya ilə belə təmin edilməyiblərmiş. Amma o da faktdır ki, 2012-ci ildə Arif Əsgərov “Azərbaycanda dəmir yolu nəqliyyatı sisteminin bütün sahələrinin müasirləşdirilməsi” haqqında əmr imzalasa da, ayrılan milyonlarla manat mənimsənib, əvəzində isə müasir avadanlıqlar adı ilə Latviyadan “metallom”luq vaqon və elektrovozları alınıb. 

A.Əsgərovun rəhbərliyi dövründə “Azərbaycan Dəmir Yolları” QSC-yə təkcə dövlət büdcəsi hesabına yox, həm də xarici mənbələr hesabına irihəcmli investisiyalar yatırılıb. Məsələn, adi bir faktı diqqətə çatdıraq. Çexiyanın ixrac bankından Bakı-Böyük Kəsik marşrutu üzrə dəmir yolunun 317 kilometrlik hissəsinin əsaslı yenidən qurulması üçün 215 milyon avro kredit alınıb. Amma məlum olur ki, A.Əsgərov dövlətin aldığı kreditə də göz dikərək, heç olmasa dəmir yolu kənarlarında bir ağac belə əkdirməyib... 

A.Əsgərovun özünün uzun illər oturduğu binanın hansı vəziyyətdə olması, (hazırda binada təmir işləri yekunlaşmaq üzrədir-"YM") “bozbaş iyi gəlməsi” sabiq rəhbərliyə “sərt sillə” deməkdir. 

Cavid Qurbanovun açıqlamalarına iqtisadçı ekspertlər də ilginc münasibət bildiriblər. Onlar iddia edir ki, qanunvericiliyin tələbinə əsasən, hüquq-mühafizə orqanları QSC sədrinin açıqlamasına reaksiya verməli və dövlətin milyardlarını necə deyərlər, “bozbaş kimi yeyən” məmur haqda cinayət işi başlanmalıdır. 

Sirr deyil ki, prezident İlham Əliyev Cavid Qurbanova böyük etimad göstərərək ona dəmir yolu təsərrüfatında ciddi dönüş yaratmaq haqda tapşırıq verib. C.Qurbanov isə QSC-yə sədr təyin olunduqdan sonra dəmir yolu nəqliyyatı sahəsində ciddi dönüş yaradılıb, dəmiryolları xətləri dəyişdirilib, ən müasir qatarlar alınıb, dəmiryolçuların narazılıqları azalıb. QSC sədri o cümlədən yoxlamalar aparıb, inventarlaşma işlərini təzələyib. Araşdırmalar haqda sızan bilgilərə görə, A.Əsgərovun rəhbərliyi dövründə əsaslı təmiri üçün hər il büdcədən ayrılan milyonlarla manat mənimsənilib, ölkə rəhbərliyinə “görülən işlərlə bağlı” yalan məlumatlar verilib. 

Redaksiyamıza çatan ən son məlumatlara görə isə il yarım əvvəl həbs olunmaq təhlükəsindən ciddi himayəçilərinin sayəsində qurtulan, formal olaraq nazir müavini təyin edilən A.Əsgərov bu dəfə “ipdən” xilas olmaya bilər. İddialara görə, A.Əsgərovla bağlı araşdırmaların aparılması barədə qəti göstəriş verilib. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024