Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-09-2016, 20:54)
İcra başçısına məxsusu olan restoranda nə baş verir?

İcra başçısına məxsusu olan restoranda nə baş verir?

 

Azərbaycan qanunlarına görə, məmurların biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Amma bütün qanunlarımız kimi, bu qanuna də məhəl qoyan yoxdur. Bu gün ölkədəki əksər gəlir mərkəzləri məhz məmurların özlərinin və ailə üzlərinin nəzarətindədir. Onlar qanunların tələblərinə məhəl qoymayaraq, biznes qurur, böyük pullar qazanıb "kiçik padşahlar"a çevirilirlər.
Bu gün Azərbaycanın rayon və şəhərlərinə başçılıq edən icra başçıları əslində böyük biznesmenlərdir. Onlar başçılıq etdikləri inzibati rayonun bütün gəlirli sahələrini öz əllərinə alır, monopoliya yaradır, sahibkarlığın inkişafına mane olur. 
Biznes fəaliyyəti ilə məşğul olan icra başçılarından biri də Nizaməddin Quliyevdir. Adı bir müddət əvvəl DTX-nin keçirdiyi "qızıl əməliyyatı"na qarışan Goranboyun icra başçısının geniş biznes şəbəkəsi var. Bu yazıda onun restoranlarından biri ilə bağlı məlumat verəcəyik.
Milliyol.az-a verilən məlumata görə, başçının rayonda "Dost qapısı" adlı motel-restoranı fəaliyyət göstərir. Ağca kəndindən Naftalana gedən yolda yerləşən motel-restoran əyləncə gecələri ilə məşhurdur. Belə ki, Naftalana istirahətə yollananlar gecələr "Dost qapısı"na yollanaraq səs-küylü əyləncə məclisləri qurur, gecə səhərə qədər əylənirlər. Mənbə iddia edir ki, icra başçısına məxsus motelə əxlaqsız qadınları da aparmaq mümkündür. Bunun üçün qadının pulundan başqa motel rəhbərlyinə 50 manat "rüsum" ödənilməlidir.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Nizaməddin Quliyevin ətrafında “qızıl əməliyyatı” keçirməsi, İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsinin həbs olunması barədə xəbər yayılmışdı. Rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə icra başçısı Nizaməddin Quliyev gizli qazıntı işləri apartdıraraq, həmin ərazidən qızıl çıxartdırmaqla məşğul olub.
Gununsesi.info-nun yaydığı məlumatda bildirilirdi ki, Nizaməddin Quliyevin qazıntı apartdırdığı ərazi Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin qeydiyyatında olan “Osmantəpə kurqanı” adlanır. Son aprel döyüşlərindən sonra neytral zonada qalan bu ərazi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. DTX-nin əməliyyatından təxminən 1 ay əvvəl Nizaməddin Quliyev həmin ərazidə qızıl axtarışına çıxıb. Lakin mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin DTX rəhbərliyinə müraciətindən sonra əməliyyat hazırlanıb və keçirilib. İcra başçısının yaxın ətrafında daxil olan bir neçə vəzifəli şəxs həbs edilib və qızıl axtarışı yarımçıq qalıb.
Qeyd edək ki, bu məlumatlar indiyədək Nizaməddin Quliyev tərəfindən təkzib olunmayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024