Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-07-2016, 22:40)
Nizaməddin Quliyev “danlaq heyfi”ni indi də işçilərindən çıxır- 5 işçiyə töhmət verdi

Bir müddət öncə Goranboy rayonunda qanunsuz olaraq “qızılçıxarma əməliyyatı”nda ifşa olunan, bu məsələnin mediada və cəmiyyətdə böyük rezonansa səbəb olmasından sonra  Prezident Administrasiyasının (PA) müvafiq strukturunun rəhbərliyi tərəfindən ciddi şəkildə danlanan, töhmətləndirilən icra başçısı Nizaməddin Quliyev heyfini-acığını işçilərindən çıxarmağa başlayıb.

Belə ki bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun icra başçısına göndərdiyi rəsmi məktubun Gununsesi.info-da yayılmasından qəzəblənən Nizaməddin Quliyev İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva, şöbənin əməkdaşları Ziya Aslanov, Vüsalə Tağıyeva, Elnur Nağıyev və Əli Təhməzova töhmət verib. O, bu addımına bəhanə kimi isə güya həmin işçilərin rəsmi dövlət qəzetləri olan “Azərbaycan”, “Xalq” və “Respublika” qəzetlərinə rayonun yerli idarə və müəssisələrində abunə təşkilini gecikdirmələrini “əsas gətirib”. Ancaq İcra Hakimiyyətindəki mənbə Gununsesi.info-ya bildirib ki, icra başçısının bu “heyfçıxma addımı”na səbəb məhz yuxarıda qeyd olunduğu kimi,  Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti rəisinin Nizaməddin Quliyevə rəsmi məktubunun saytda yayılması olub.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva isə Gununsesi.info-nun sorğusuna cavab verməkdən imtina edib.

Yeri gəlimşkən, xatırladaq ki, saytımız bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Goranboy rayonunda qanunsuz qızıl çıxarılmasının qarşısının alınması məqsədi ilə keçirdiyi əməliyyatın təfərrüatlarını açıqlamışdı.

Belə ki Nizaməddin Quliyevin qazıntı apartdırdığı ərazi Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin qeydiyyatında olan “Osmantəpə kurqanı” adlanır. Son aprel döyüşlərindən sonra neytral zonada qalan bu ərazi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. DTX-nin əməliyyatından təxminən 1 ay əvvəl Nizaməddin Quliyev həmin ərazidə qızıl axtarışına çıxıb. Əraziyə texnikanın cəlb olunmasından xəbər tutan Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin rəisi Nizaməddin Quliyevə rəsmi məktub yazaraq, qazıntının dayandıralmasını tələb edib.  (Həmin məktubun surətini yenidən təqdim edirik-red.) Zakir Həsənov öz məktubunda “Osmantəpə kurqanı”na Nazirlər Kabinetinin arxieoloji abidə statusu verildiyi və oradakı qazıntının dərhal dayandırılmasını tələb edib. Amma Nizaməddin Quliyev bu tələbi qulaqardına vurub və nəticədə də məlum mənzərə yaranıb…

kurqan-583x1024-1

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024