Karusel / Slayd (18-09-2016, 21:31)
Kollecə qəbul testdənkənar aparılıb – KORRUPSİYA
Misir Mərdanov işdən çıxarılıb yerinə Mikayıl Cabbarov təyin olunduqdan sonra yeni nazirin qarşısında duran əsas “prioritet” məsələ saxta diplomların verilməsinə qarşı amansız mübarizə aparmaq və təhsildəki negativ halları aradan qaldırıb təhsili inkişaf etdirmək idi.
İstənilən şəxs Mikayıl Cabbarovun əvvəlki çıxışlarına təkrar qulaq yetirsə görər ki, söylədiklərimiz həqiqətdir. Yəni, Mikayıl Cabbarov açıq şəkildə deyirdi ki, saxta diplomlu şəxslər mənim dönəmimdə olmayacaq, təhsili Avropa standartları səviyyəsinə qaldırılacaq. Nə oldu?! Nə dəyişdi?!
Mediatv.az-ın məlumatına görə, bir müddət əvvəl məlum oldu ki, Mikayıl Cabbarovun dövrünü əhatə edən 2013/2014 tədris ilində Lənkəran Humanitar Kollecinə 69 nəfər testdən kənar qəbul olub. Bu faktın üstünü Mikayıl Cabbarov özü açsaydı, yenə onun fədakarlığını başa düşmək olardı. TQDK-nın sədri Məleykə Abbaszadə qanunsuz aparılmış tələbə qəbulunu ictimai rəydə qabardır, Mikayıl Cabbarov məcbur hərəkətə keçir.
Yuxarıda sadalanan məsələyə oxşar Mediatv.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məktubunda yazır: Qohumum Nemətzadə Əmrah Ə. oğlunu kollecə düzəltmək üçün Gəncədə müəllim işləyən Nəbi Yusibova müraciət etdim. O, 4000 ABŞ dolları müqabilində bu işi həll edəcəyinə söz verdi. Oğlanın şəxsiyyət vəsiqəsinin surətini, doqquz illik təhsil bazası əsasında olan şəhadətnaməninin əslini və 4000 ABŞ dollarını Nəbi müəllim bizdən aldıqdan bir müddət sonra Gəncə Texniki Kollecinin tələbə biletini bizə gətirdi. Bizə Nemətzadə Əmrahın tələbə olması haqda arayış lazım olduqda vaxtı-vaxtında Nəbi müəllim arayışı yollayırdı. Nemətzadə Əmrah 2014-cü ildə kolleci bitirməli olduğu halda, diplomu bu yaxında Nəbi müəllimdən ala bildik (tələbə bileti, tələbənin adına verilmiş arayışlar, diplom redaksiyaya təqdim olunub). Araşdırma zamanı məlum oldu ki, diplom saxtadır...
Bu məsələyə aydınlıq gətirmək üçün Texniki Kollecin həmin dövrdə direktoru işləmiş Eldar Əsgərovla əlaqə saxladıq. Eldar müəllim kollecin direktoru vəzifəsindən çıxdığını və yeni yaranmış Gəncə Regional Kollecin direktorundan bu məsələləri soruşmağı məsləhət bildi.
Nəbi Yusibov isə bu işi boynundan atmağa çalışdı…
Araşdırmamız davam edir.