Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-07-2016, 12:06)
Şamaxı Regional Kollecində “qeydiyyat bazarlığı”: 100 manat ver, qeydə alın

 

Yeni kolllecin yeni direktorunun köhnə-yeni qaydaları...

 

Mediatv.az:  Ölkə kolleclərini ağuşuna alan məlum dalğa-birləşmələr, yeni adlı təhsil ocaqlarının yaradılması-ictimai arenada təhsilin bu qolu ilə bağlı bir ümüd yaratmışdır. İllərdir normal bir hal kimi qəbul etdiyimiz “besperedel”ə kolleclərdə son qoyulacağı kimi qənaətlər formalaşırdı. Amma,... məlum olur ki, yeni kolleclərdə dəyişən yalnız ad imiş.

İki kollecin birləşdirilməsindən yaradılan yeni təhsil müəssisələrindən biri də Şamaxı Dövlət Regional Kollecidir. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci Şamaxı Humanitar Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır. Yeni kollecin rəhbərliyinə isə Şamaxı Dövlət Sənaye-İqtisad Kollecinin sabiq direktoru Anar Abbasov təyin olunub.

Hörmətli təhsil naziri Mikayıl Cabbarovun bu təyinatı Anar Abbasovu tanıyan müəyyən kəsimdə təəccüb və təssüf doğurdu. Səbəb isə Anar müəllimin bu vaxta qədərki fəaliyyəti ilə bağlıdır. Şamaxı Dövlət Sənaye-İqtisad Kollecinə rəhbərlik etdiyi dövrdə onun fəaliyyəti ilə bağlı yumşaq desək birmənalı fikir formalaşmayıb. Həmkarları ilə müqayisədə mediada ən çox tənqid hədəfinə çevrilən də məhz Anar Abbasovdur...

İndi isə yeni kolllecin yeni direktorunun köhnə-yeni qaydaları ilə bağlıxeberinfo.com-a yeni məlumatlar daxil olub. Etibarlılığı şübhə doğurmayan mənbənin verdiyi məlumata görə Anar müəllim yeni kürsüsündə də  əvvəlki idarəçilik prinsiplərindən ayrıla bilmir. Kollecə yeni qəbul olunmuş tələbələrin qeydiyyatı prosesində olduğu kimi. Məlumata görə tələbə adının sevincini yaşayanlar qeydiyyatla bağlı kollecə müraciət edərkən arzuolunmaz mənzərə ilə qarşılaşmalı olublar. Qeydiyyata düşən tələbələr, daha doğrusu onların valideyinləri nə az-nə çox 100 (Yüz.) manatlarından keçməli olurlar. Yeni tələbə adını qazanmışların sayının 400 olduğunu nəzərə alsaq, heç də az məbləğ alınmır.

Mənbəmizin bildirdiyinə görə bu hələ “jurnaldır”, tələbələrin peşiman olacaqları əsl nəsnələr hələ qarşıdadır: “qayıb” pulu, semester və s. Maraqlıdır tələbələrə yaşanan bu sürprizdən Təhsil Nazirliyində bir kimsənin məlumatı yoxdurmu? Hörmətli Mikayıl Cabbarovun da bu olanlardan məlumatlı olması inandırıcı görünmür...

Biz bu və digər məqamlara aydınlıq gətirmək məqsədi ilə Anar Abbasovla telefon əlaqəsi yaratdıq. Anar müəllim bu məlumatı “şər”, “böhtan” kimi qarşıladı: “Mən üç gündür ki, bu vəzifədəyəm, nə tez belə işlərlə məşğul oldum. Deyilənlər hamısı şərdir, böhtandır”. 

Mövzu diqqətimizdədir.

Xeberinfo.com

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024