Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-08-2016, 21:23)
Azəravtoyol” ASC-nin idarə rəisi Əliheybət Şirinovun əmlak siyahısı - Prezidentə ŞİKAYƏT

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında müvəqqəti yaşayan Cəbrayıldan olan məcburi köçkün Əliheydər Əliyev prezident İlham Əliyevə ünvanladığı müraciətində “Azəravtoyol” ASC-nin idarə rəisi Əliheybət Şirinov haqqında şok faktlar yer alıb.

Əliheydər Əliyev prezidentə ünvanladığı məktubunda iddia edir ki, idarə rəisi iki ildir onun maaşını vermir. Şikayətçi daha sonra Əliheybət Şirinovun biznes imperiyasına diqqət çəkir:
“Əliheybət Şirinov Biləsuvar rayonunda zavod alıb, qiyməti bir neçə milyon manatla ölçülür. Bundan başqa, onun Siyəzən rayonunda, Hövsan qəsəbəsində zavodları var. Həmçinn Əhmədli qəsəbəsində fəaliyyət göstərən asfalt zavodu da ona məxsusdur.
Özləri etiraf edirlər ki, Dərnəgül yolunun çəkilişində 30-40 milyon manata yaxın dövlət pulunu mənimsəyiblər.
Şamaxı rayonunun Padar kəndində çöl yolunun çəkilişində milyonlarla manat mənimsənilib. Bunun hesabına Şamaxıda böyük bir asfalt zavodu yaradılıb.
Əliheybət Şirinov biznes imperiyasına Hacıqabul rayonunda 50 hektarlıq parnik, Sabirabad rayonunda təkər zavodu, Hacıqabul rayonunda 7-10 minə yaxın xırda buynuzlu, 2-3 min baş isə iri buynuzlu heyvandan ibarət olan fermer təsərrüfatı daxildir.(teref)Əliheybət Şirinov və yaxın adamları Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilən binada istədikləri qədər mənzil mənimsəyiblər. Xaçmaz rayonunda Olimpiya kompleksinin, Gəncə şəhərində qaçqın və şəhid ailələri üçün nəzərdə tutulan yaşayış binasının tikintisində milyonlarla manat mənimsənilib.
Əliheybət Şirinovun 13-ə yaxın daş karxanası var.
Dəvəçi rayonunda böyük parnik, avtomobil salonları, Nardaranda bir neçə villa da Əliheybət Şirinovun əmlaklarının siyahısına daxildir. Oğlanlarının və özünün 5-6 avtomobili var. Yol tikintisində istifadə etmək üçün 100-ə yaxın yük maşınına malikdir. Onun hətta Türkiyədə də əmlakları da var. Bu yaxınlarda öyrənmişəm ki, Xırdalanda fəaliyyət göstərən Beton zavodu da ona məxsusdur.
Təsəvvür edin, bu qədər var-dövlətə sahib bir şəxs məcburi köçkünün əmək haqqını verməkdən imtina edir.
Cənab prezident, xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024