Karusel (22-07-2016, 20:13)
“Azərbaycan jurnalistləri beynəlxalq arenada öz sözlərini deməlidirlər” – Əli Həsənov
“Ötən 141 ildə Azərbaycan mediası mürəkkəb və şərəfli yol keçib”
“Azərbaycanda bu il milli mətbuat yaranmasından 141 il keçir. Ötən 141 ildə Azərbaycan mediası mürəkkəb və şərəfli yol keçib”.
Mediatv.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında elan etdiyi müsabiqə qaliblərinin mükafatlandırılması mərasimində deyib.
O bildirib ki, müasir dövrdə Azərbaycan mediasının inkişafı üçün bütün şərait yaradılıb:“Heydər Əliyev medianın üzərində dövlət nəzarətini ləğv etdi. Heydər Əliyevin media qarşısındakı xidmətləri Həsən bəy Zərdabinin xidmətlərindən az deyil. O, azad jurnalistikanın ənənəsini yaratdı. Prezident İlham Əliyevin də media qarşısında xidmətləri böyükdür. İlham Əliyev “Jurnalistlərin dostu” seçilib. Bu, media ilə hökumətin qarşılıqlı münasubətindən xəbər verir. Bu yaxınlarda Prezident İlham Əliyev jurnalistlərin binasının tikintisinin surətləndirilməsi məqsədilə dövlət büdcəsindən vəsait ayırdı. Bu da jurnalistlərin fəaliyyətinə diqqət və qayğıdan xəbər verir”.
Ə.Həsənov qeyd edib ki, hökumətin də jurnalistlərdən umacaqları var: “Azərbaycan jurnalistləri öz səviyyələrini yüksəltməlidirlər. Beynəlxalq arenada öz sözlərini deməlidirlər, ölkəni tanıtmalıdırlar”.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan tolerant ölkədir: “Müxtəlif dinlərə dinlərə məxsus insanlar rahat şəkildə yaşayırlar. Dünya dövlətləri tolerantlıq ənənələrindən imtina edirlər. Biz nəinki o işdən imtina etmək, çalışırıq ki, daha da genişləndirək”.
“Report”