Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-07-2016, 16:30)
Biləcəri sakinlərinin həyatı təhlükədə - FOTO

Qəzalı binada yaşayan vətəndaşlardan Prezidentə şok müraciət

Binəqədi rayonu Biləcəri qəsəbəsi Qabil Süleymanov  9a ünvanda yerləşən binanın sakinləri Eldaş Zərbalı oğlu, Elton Səlimov,

Murad Paşayev, Əlisəfa Ağayev, Arif Beydullayev, Həcər Hüseynova, Dilşad Abbasova, Tahir Həmidov, Cabir Tağıyev,

Rafael Əsgərov və başqaları Prezident İlham Əliyevə müraciət edib. Onlar bildirir ki, yaşadıqları binanın istinad divarları dağıntılara məruz qalıb. Bu baxımdan bina hər an çökə bilər. Sakinlərin sözlərinə görə, yaranmış vəziyyətlə bağlı bina sakinləri müvafiq qurumlarına müraciət etsələr də, heç bir tədbir görülməyib. Bina sakinlərinin müraciətində daha sonra deyilir: 

"Ötən il Sizə göndərilən məktubla bağlı  bina sakinlərinə Bakı şəhər Mənzil-kommunal təsərrüfatı departamentindən 14.10.2015-ci il tarixdə ( kl-224) məktub gəlmişdi. Budur,  həmin məktubda deyilir: “Yaşadığınız binanın qəzalı vəziyyətdə olması barədə Azərbaycan Respublikası Prezidentinə ünvanladığınız müraciətinizə baxılmışdır...  Mütəxəssislərimiz tərəfindən göstərilən ünvana baxış keçirilmiş və (...) istinad divarlarının dağılması müşahidə olunmuşdur.  Bununla əlaqədar olaraq bildiririk ki, qeyd edilən binada istinad divarının təmiri işləri yaxın günlərdə tərəfimizdən yerinə yetiriləcəkdir”.

Həmin məktubu departament sədrinin 1-ci müavini Rüfət Abdullayev imzalayıb.

Aradan aylar keçib. Amma vəd yerinə yetirilməyib. Deyəsən, bunlar “yaxın günlər” deyərkən yaxın illəri və ya yaxın əsrləri nəzərdə tuturlar.

Belə çıxır ki, məmurlar həm Prezidentə yalan deyirlər, həm də bina sakinlərinə.

Cənab Prezident, xahiş edirik köməklik göztərəsiz".

 

 

 

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024