Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (5-07-2016, 13:11)
Millət vəkili: “Qondarma qurumun danışıqlarda tərəf kimi iştirakı mümkün deyil”

Millət vəkili: “Qondarma qurumun danışıqlarda tərəf kimi iştirakı mümkün deyil”

 

 

ATƏT PA-nın 25-ci sessiyasının son iclası keçirilib. 
Mediatv.az bildirir ki, bu iclasda da Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfinin daha bir yalanının qarşısını alıb.
Ermənistandan olan deputat fransız dilində çıxış edərək, yenə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deputatlara həqiqətə uyğun olmayan, yalan məlumatlar çatdırmağa çalışıb.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Həsənov söz alaraq erməni deputata tutarlı cavab verib.
Erməni həmkarının çıxışının tam yalan və əsassız olduğunu diqqətə çatdırıb: “Etnik təmizləmə və işğalçılıq siyasəti həyata keçirən bir ölkənin nümayəndəsinin ATƏT PA kimi beynəlxalq, nüfuzlu bir təşkilatın tribunasından meydan kimi istifadə etməsi, yalan bəyanatlar səsləndirməsi bizdə təəssüf hissi doğurur”.
Ermənistan prezidentinin ermənilər tərəfindən Azərbaycan xalqına qarşı hərbi cinayətlər, Xocalı soyqırımını törədildiyini etiraf etdiyini xatırladan E.Həsənov deyib: “Bir dövlətin başçısı əsrin faciəsi olan Xocalı soyqırımını törətdiklərini etiraf edirsə, o ölkənin deputatının belə absurd məlumatlar yayması hamıda təəssüf hissi doğurur”.
E.Həsənov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərəf kimi tanınması da qeyri mümkündür. Bu münaqişə Ermənistan ilə Azərbaycan arasındadır və qondarma respublikanın danışıqlarda tərəf kimi iştirakı mümkün deyil.
 “Report”
шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024