“Ceyms Uorlik və ATƏT-in Minsk qrupunun digər həmsədrləri çox gözəl bilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli regionda sabitliyə xidmət edəcək və bu münaqişənin ədalətli həllində müsbət rol oynayan dövlətlər və təşkilatlar gələcəkdə Azərbaycanla daha sıx əməkdaşlığa malik olacaq”.
Mediatv.az xəbər verir ki, bunu 7News.Az-a politoloq Ramiz Alıyev deyib.
Onun özlərinə görə, Azərbaycan regionun lider dövlətidir və hər bir ölkə istəyər ki, Azərbaycanla münasibətlərini daha da yaxşılaşdırsın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edilsin: “Son dövrlərdə dünyada gedən siyasi proseslər də onu göstərir ki, Qərbin ölkəmizlə müttəfiqlik etməsi həmin ölkələr üçün vacib məsələdir. Hər bir ölkə və təşkilat bilir ki, Azərbaycan öz tarixi torpaqlarının bir qarışını da hans bir ölkəyə güzəştə getməyəcək. İstər hərbi, istərsə də sülh yolu ilə öz ərazi bütövlüyünü təmin edəcək”.