Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-12-2015, 15:13)
Ceyms Uorlik: "Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək lazımdır"

 

“Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə bağlı ABŞ-ın siyasəti dəyişməz olaraq qalır. Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edirik”.
 

Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
 
C. Uorlik bildirib ki, münaqişənin hərtərəfli həllinin bir hissəsi olaraq işğal olunmuş torpaqlar qaytarılmalıdır: “Bura Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxildir. Qeyd edilməlidir ki, ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır. Buraya Helsinki Yekun Aktı və güc tətbiq etməmə və ya güc tətbiqi ilə hədələməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri daxildir. Nə biz, nə də Ermənistan da daxil olmaqla, başqa bir ölkə Dağlıq Qarabağdakı rejimi tanımır. Bununla belə, ATƏT-in Minsk Qrupunun həmsədrləri etdiyi kimi, Dağlıq Qarabağın bütün əhalisinin səsini dinləmək lazımdır", - deyə amerikalı həmsədr əlavə edib.
 
Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" Karen Mirzoyan ABŞ-a səfəri çərçivəsində Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb. Görüş Azərbaycanda ciddi narazılıqla qarşılanıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024