Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (13-11-2015, 18:58)
Daha bir azərbaycanlı milyonçu borc qalmaqalında

Daha bir azərbaycanlı milyonçu borc qalmaqalında

 

Azərbaycanlı daha bir oliqarx kreditləri ödəmək üçün mülkünü dəyər-dəyməzinə satıb.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı milyonçu Vaqif Məmişova məxsus "Petrovskiy stroitel" (Петровский строитель) şirkəti ümumi qiyməti 61 milyon dollara olan Sankt Peterburqun Moskva rayonu, Kostişko küçəsində yerləşən ərazisini Selt Group kompaniyasına cəmi 10 milyon dollara satıb. Buna səbəb isə V. Mamışovun kredit borcunu qaytara bilməməsi olub. 

"Selt Group" kompaniyasının məlumatına əsasən, danışıqlar yay ayında baş tutub. Nəzərdə tutulan torpaq sahəsi 1.4 hektar ərazini əhatə edir ki, bu da Kostişko küçəsi, 19 A-da yerləşir. Tərəflər əvvəlcə məbləği açıqlamayıblar. 



Sankt-Peterburqun "Colliers International" şirkətinin ekspertləri deyirlər ki, ilk dəfə həmin ərazi satışa çıxarılarkən 500-600 milyon rubl (9026852 dollar) dəyərində qiymətləndirilib. Mütəxəssislər onu da vurğulayıblar ki, həmin ərazidə çoxlu mənzillərin tikilməsi nəzərdə tutulmuşdur.

Hal-hazırda bu torpaq sahəsinin sahibi olan "Setl City" ("Setl Group"-un bir hissəsi) burada ümumi sahəsi 82 min kvadrat metr olan çoxfunksiyalı kompleks qurmaq fikrindədir. Buraya: 473 mənzil, 417 otel, çoxlu mağazalar, yeraltı avtomobil dayanacaqları, uşaq bağçaları daxildir. Şirkət bu layihəyə 4,6 milyard rubl investisiya ayırmağı düşünür.

"Moskva rayonu hal-hazırda ölkədə ən prestijli ərazi hesab olunduğundan və aeroporta yaxın olduğundan, düşünürük ki, 2018-ci ildə sona çatacaq olan bu layihə ən təlabatlı ərazi olacaq", - deyə "Selt City" kompaniyasının mətbuat xidmətindən bildiriblər.

Sankt-Peterburqun "Colliers International" şirkətinin İnvestisiya Xidmətləri Departamentinin direktoru Anna Siqalova deyir ki, bu sahə çox əlverişli yerdədir. Aeroportun və metronun bu ərazidən 15 dəqiqə uzaqda olması olması sakinlərin ürəyincə olacaq. 



Kostişko küçəsi, 19 A 


Vaqif Mamışov - "Konrad" Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədridir. O, 1962-ci ildə Masallı rayonunda anadan olub. 

Oliqarx 1996-cı ildə “Vətən qarşısında xidmətinə gorə” II dərəcəli ordenlə və “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı, Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə isə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2006-cı il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.


Vaqif Məmişov - azərbaycanlı oliqarx

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024