Karusel (26-02-2015, 14:42)
Sankt-Peterburqda Xocalı Faciəsi anıldı
25 fevral tarixində Sankt-Peterburqun mərkəzində yerləşən “Korintiya Nevskiy Palas” otelində Baş konsulluğun təşkilatçılığı, “Naxçıvan” İctimai təşkilatın, Ümumrusiya Azərbaycanlılar Konqresinin və Rusiyanın Azərbaycan Gəncləri Birliyinin (AMOR) dəstəyi ilə Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş anım mərasimi keçirilib
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğundan daxil olan məlumatda bildirilir.
Mərasimdə Baş konsulluğun diplomatları, Rusiya Yazıçılar ittifaqının üzvü, “Qarabağ qan içində” kitabının müəllifi, professor, mədəniyyətşünaslıq elmləri doktoru Yuri Pompeyev, Sankt-Peterburq Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Niyazi Niyazov, Ümumrusiya Azərbaycan Konqresinin Leninqrad vilayəti üzrə bölməsinin rəhbəri Mirtofiq Qasımov, “Naxçıvan” ictimai təşkilatının sədri İdris Qəhrəmanov, “Vətən” ictimai təşkilatının sədri Məzahir Həsənov, Türkiyənin Sankt-Peterburqdakı Baş konsulluğunun əməkdaşları, diasporumuzun fəalları, Sankt-Peterburqda təhsil alan azərbaycanlı tələbələr, Rusiya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərasimdə Ermənistanın Azərbaycana qarşı müharibəsi və Xocalı şəhərinin işğalı nəticəsində erməni hərbçilər tərəfindən 26 fevral 1992-ci il tarixində qəddarcasına qətl edilmiş həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı. Baş konsul Elşad Qulamov tədbiri açaraq, 1992-ci il fevral ayında Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımın təfərrüatları haqqında iştirakçılara danışdı. Diplomat Xocalı faciəsinin İkinci dünya müharibəsindən sonra bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu qeyd etdi. Çıxışının davamında Baş konsul İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Koordinatoru Leyla Əliyevanın 2008-ci ilin may ayında başlatdığı “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası barədə bəhs etdi. O bildirdi ki, məhz bu kompaniya çərçivəsində keçirilən genişmiqyaslı tədbirlər nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırım dünya ölkələrinin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınır.
Daha sonra tədbir iştirakçıları “Xocalıya ədalət” kampaniyasının internet səhifəsindəki dünya parlamentarilərinə və beynəlxalq təşkilatlara ünvanlanmış petisiyaların imzalanma qaydası ilə tanış oldular. Mərasimin davamında iştirakçılar qarşısında professor Yuri Pompeyev və Niyazi Niyazov, azərbaycanlı icmaların rəhbərləri İdris Qəhrəmanov, Mirtofiq Qasımov, Məzahir Həsənov, Rusiyanın fəxri vəkili Yuri Sultanov, Sankt-Peterburqun Milli Mədəniyyətlər Evinin bölgəşünası Almira Tahircanova və Sankt-Peterburqdakı tələbələrimizin nümayəndəsi Güllüzar Qasımova çıxış etdilər. Onlar Xocalı soyqırımının azərbaycan xalqının tarixində ən ağır və qanlı səhifələrdən olduğunu bildirdilər. Xocalıda xalqımıza qarşı törədilən vəhşiliklərin heç bir zaman unudulmayacağını və bu cinayəti törədənlərin bir gün beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlarını qeyd etdilər. Çıxışlar zamanı Azərbaycan və Rusiya politoloq, tarixçi, o cümlədən, beynəlxalq münasibətlər və beynəlaxalq hüquq üzrə ekspertlərin iştirakı ilə Azərbaycan torpaqlarının işğalı mövzusunda "dəyirmi masa"nın keçirilməsi təklif olunmuşdur.
“Korintiya” otelinin foyesində Xocalı qurbanlarını nümayiş etdirən foromateriallar və çap materialları, kitablar, “Xocalıya ədalət” kampaniyasının mahiyyətini açıqlayan broşürlər təqdim olunmuş və iştirakçılar arasında paylaşılmışdır. Həmçinin, Sankt-Peterburqda ali təhsil alan tələbələrimiz anım mərasiminə Xocalıya ədalət loqosu yazılı geyimlərlə qatılmışdılar.
Mərasimin davamında iştirakçılara Xocalı soyqırımı barədə “Məhv edilmiş şəhər” adlı sənədli film nümayiş etdirildi. Filmin sonunda tədbirə dəvət edilmiş dini xadim Hacı Əli tərəfindən Xocalıda öldürülmüş həmvətənlərimizin ruhuna dualar oxundu. Mərasimin yekununda iştirakçılara Ümumrusiya Azərbaycan Konqresinin Leninqrad vilayəti üzrə bölməsi tərəfindən ehsan verildi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024