Karusel / Slayd (6-11-2015, 09:20)
- BEYTULLA HÜSEYNOVUN KOMANDASININ SADİQ ÜZVÜ-ÖZƏL
MTN-də baş verən olayların təsirinin digər nazirliyə- RYTN-ə də sıçraması BTRİB rəisi Beytulla Hüseynovun və digər yüksək vəzifəli şəxslərin bir-birinin ardınca işdən kənarlşdırılaraq məsuliyyətə cəlb olunması bu korrupsioner “çete”nin sahibkarların telefon danışıqlarını dinləməsi və sonradan şantaj məqsədilə istifadə etmələri ehtimalının üstündə dayanmağa əsas verir.
Bütün müşahidə olunanlar göstərir ki, Bakının Xətai Telekommunikasiya Qovşağının rəisi Nazim Əliyevin də başının üstünü qara buludlar alıb. Bu rayonda kifayət qədər imkanlı adamların yaşaması və biznes ofislərinin bu ərazidə yerləşməsi,gedən proseslər zəminində onların da telefonlarının dinlənilməsini deməyə əsas verir. Onlar izlənildiklıərini heç ağıllarına belə gətirməz, özlərinin dövlət qurumları tərəfindən təqib olunduqlarını düşünməzlər.Belə olduğu halda Nazim bəyin məsuliyyətdən yaxa qurtara biləcəyi inandırıcı görünmür.
Hərçənd, TKQ rəisinin digər qanunsuz hərəkətləri də onu həbs etməyə əsaslar verir. Ən əvvəl xatırlatmağa dəyər ki, onu rəhbər vəzifəyə məhz Beytulla Hüseynov gətirməsi,onunla sıcaq münasibətinin olması ,onun sabiq BTRİB rəisinin kadrlarından hesab olunmasına əsas verir. Belə ki Nazim Əliyev əvvəllər bu sistemdə işdəməyib,teleqovşağın işindən tam məlumatsızdır. Sistem daxilindəki maxinasiyaların həyata keçirilməsində, şişirdilmiş rəqəmlərlə pul silinməsində Nazim bəy həmişə özünü cəsarətli aparıb, bir növ toxunulmaz hiss edib. Beytulla Hüseynovun komandasının sadiq üzvlərindən olduğundan qol qoyduğu qanunsuzluqları da tam cəzasızlıq şəraitində reallaşdırıb. Verilən məlumatda Şəhər, rayon, şəhərlərdə rayon teleqovşaqlarının hamısında rast gəlinən bütün növ neqativ halların hamısı artıqlamasiylə Xətai TKQ-də fəaliyyətində yer almışdır. İdarəyə müraciət edən vətəndaşlarların müraciətlərinə də qeyri-həssas yanaşılır, necə deyərlər, “pul iyi gələnə” və gəlməyənlərə bölünür. Göstərilən internet və telefon rabitəsi xidmətləri həmişə rüşvət əlavəsi ilə müşayiət olunduğundan, idarənin işçiləri pis vərdiş eləmiş, onların tələblərinə əməl edə bilməyən aztəminatlı abonentlərə münasibətdə də korrupsiya hüquqpozmalarına yol verirlər.Redaksiyamızı məlumatlandıran mənbənin verdiyi məlumata görə Nazim Əliyev Beytulla Hüseynovla bir neçə yerdə şərikli biznesi,şəhərdə onlarla yaşayış evi,ticarət obyektləri fəaliyyət göstərir.Hal-hazırda Nazim müəllim BTRİB rəisi keçmək üçün canfəşanliq edir. Bu və digər məsələlərlə bağlı Nazim müəllimə dəfələrlə zəng açsaqda qarşı tərəf olaraq mövqeyini öyrənə bilmədik.Yaxın günlərdə araşdırmanın nəticəsini sizlərə təqdim edəcəyik.Təbii ki qarşı tərəfin söz demək hüququnu saxlamaq şərtilə.
Mediatv.az