Karusel (2-11-2015, 21:18)
"Azərbaycanda parlamentizm tamamilə iflasa uğradı" - ADP toplandı və sərt bəyanat verdi
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Mediatv.az Strateq.az-a istinadən xəbər verir ki, topantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi prioseslər əsas müzakirə obyekti olub.
Toplantı iştirakçıları ilk növbədə ölkədə keçirilən son parlament seçkilərinin nəticələrinə münasibət bildirib, seçkilərin Azərbaycanda bu vaxta qədər keçirilən digər seçkilərdən daha aşkar qanun pozuntuları ilə müşayət olunan, seçicilərin etimadına əsaslanmayan, beynəlxalq müşahidəçilərin seçkinin monitoriqindən imtina etdiyi, rəqabət mühitinin olmadığı seçki kimi dəyərləndirib.
İdarə heyəti bu seçkilərlə Azərbaycanda parlamentizmin tamamilə iflasa uğradığını qeyd edib, ölkəmizin hazırda düşdüyü siyasi-iqtisadi böhranlı vəziyyətin ardınca çox ciddi sosial böhranın olacağını, bununla da ölkədə proqnozlaşdırılması mümkün olmayan zərərli kütləvi hadisələrin baş vermə mümkünlüyünü diqqətə çatdıraraq, bütün bunlardan siyasi partiya olaraq dərin narahatlığını bildirib.
ADP İdarə Heyəti gözlənilən sosial böhran və sosial-siyasi kataklizmlərin qarşısını almağın yeganə yolu kimi hakimiyyətin radikal siyasi islahatlar həyata keçirməsi, təcili olaraq ölkənin real siyasi qüvvələrini əhatə edən dialoq prosesinə başlamasını vacib hesab etdiyini açıqlayıb.