Karusel (15-10-2015, 17:04)
Namizədliyini geri götürən dosent xanım: “Bu, mənim üçün siyasi əhəmiyyət kəsb edir”
16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, Bakı Dövlət Universitetinin fizika fakültəsinin dosenti Vüsalə Dadaşova namizədliyini geri götürüb.
Mediatv.az xəbər verir ki, bununla bağlı Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edən namizəd 1 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina etdiyini bildirib. Xatırladaq ki, Vüsalə Dadaşova saytlarda gedən səsvermələrdə birinci yerdə gedirdi və siyahılara liderlik edirdi. Namizədliyini geri götürməsi səbəbi barədə Cebhe.info-ya açıqlama verən Vüsalə Dadaşova bildirib: “Mənim bu suala cavab verməməyə ixtiyarım var. Bu, mənim üçün siyasi mahiyyət kəsb edən məsələ olduğu üçün namizədliyimdən imtina etdim. Seçicilərim mənə kifayət qədər etimad göstərirdilər, dəstək olurdular”.