Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (29-10-2015, 17:18)
Müsavat seçkidən imtina etmək istədi, MSK qoymadı: "Olmaz"

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

Mediatv.az xəbər verir ki, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-ya müraciət edərək partiyanın seçkidə iştirakdan imtina etdiyini bildirib.

Müsavat Partiyası müraciətində Milli Məclisə seçkilərin 4 ay təxirə salınmasını istəyib. Müsavat Partiyasının müraciətində MSK-dan partiyanın deputatlığa namizədlərinin namizədliklərini geri götürmək üçün DSK-lara müvafiq tapşırıq verilməsini, bu məsələdə köməklik göstərilməsini istəyib.

N.Məmmədov qeyd edib ki, Müsavatın seçkilərin 4 ay təxirə salınması barədə təklifi qanunvericiliyə uyğun deyil: “Seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur. Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır. Müsavat Partiyası qanunvericiliyin imkan verdiyi müddətdə yox, bu müddətdən sonra seçkidə iştirakını dayandırdığını bəyan edib. Digər tərəfdən, partiya namizədlərini özü geri çağırmalıdır. Ona görə də MSK-dan DSK-larda Müsavat Partiyasının namizədlərinin namizədliklərini geri götürməkdə yardım istəməsini xahiş etməsi anlaşılan deyil”.

N.Məmmədovun sözlərinə görə, bütün bunlar göstərir ki, Müsavat Partiyasının müraciəti hüquqi olmayan meyarlara söykənib: “Niyə seçkilər 4 ay təxirə salınmalıdır və niyə partiyanın seçkilərdə iştirakını dayandırması barədə qərar səsverməyə 10 gün qalmış qəbul olunmayıb. Müraciətdə o da iddia olunur ki, partiyanın namizədlərinə qarşı haqsızlıqlara yol verilib. Ancaq MSK hüququn imkan verdiyi bütün yollardan istifadə edərək namizədlərin seçkidə iştirakına nail olmağa çalışıb. Ona görə də bu müraciətin təmin edilməsi üçün hüquqi əsas yoxdur".

N.Məmmədov qeyd edib ki, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə partiya seçkidə iştirakını dayandırsaydı, bunu başa düşmək olardı: "MSK mövqeyini bildirməlidir ki, Müsavat Partiyasının bu addımının hüquqi əsası yoxdur, Müsavat Partiyasının namizədləri seçkilərdə iştirak edirlər. Bununla bağlı MSK-nın yazılı bəyanatı olmalıdır”.

MSK katibi Mikayıl Rəhimli Müsavat Partiyasının indiyə qədər bütün müraciətlərinə diqqətlə yanaşıldığını, namizədlərinin qeydiyyata alınmasına çalışıldığını vurğulayıb: “Müsavat Partiyası namizədlərə pulsuz efir vaxtının ayrılması ilə bağlı MSK-ya müraciət etmişdi. Mən partiyanın başqanı Arif Hacılı ilə danışdım və bildirdim ki, qanunvericilikdə belə hal nəzərdə tutulmayıb”.

Sonra məsələ səsverməyə çıxarılıb və MSK Müsavat Partiyasının müraciətinin qəbul olunmaması, MSK-nın məsələ ilə bağlı mövqeyinin ictimaiyyətə çatdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Müsavat Divanı oktyabrın 28-də seçkidə iştirakı dayandırmaq barədə qərar qəbul edib (APA).

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024