Karusel (16-10-2015, 15:30)
Etibar Pirverdiyev işçilərinə niyə maaş verə bilmir?
Azərenerji” ASC ciddi maliyyə problemi ilə üzləşib.
Turan agentliyi müəyyən edib ki, vergi orqanları III rüb üzrə dövlət büdcəsinə vaxtında ödəniş tələb ediblər. Bununla bağlı şirkətin bütün gəlirləri büdcə öhdəliklərinə xidmətə sərf edilib. “Azərenerji” ASC digər problemlə üzləşib – əməkdaşlarına maaş verə bilmir. Oktyabrın yarısı arxada qalıb, amma şirkətin əməkdaşları avqust maaşını ala bilmir. “Deyirlər ki, bir qədər də dözün”, – deyə “Azərenerji” ASC-nin əməkdaşlarından biri bildirib.
“Azərenerji”də maaş böhranı ilə bağlı “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, qurumun rəhbərliyi işçilərlə söhbətdə məsələyə görə “Azərişıq”ı ittiham edib. Iddia edilib ki, “Azərişıq” “Azərenerji”dən aldığı enerjinin pulunu vermədiyinə görə maaş böhranı yaranıb. Lakin işçilər araşdırma zamanı öyrəniblər ki, “Azərişıq” pulu ödəyib. “Azərişıq”dan onlara bildirilir ki, həmin pul “Azərnereji”nin kreditlərinin qaytarılmasına sərf edilib.