Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-10-2015, 23:12)
ANASI ERMƏNİ SABİQ İDARƏ RƏİSİNİN RESTORANLARI – Şok siyahı

ANASI ERMƏNİ SABİQ İDARƏ RƏİSİNİN RESTORANLARI – Şok siyahı

 

Bir neçə ay öncə dələduzluqda ittiham edilərək həbs edilən Bayraq Meydanının rəisi Rəşad Məmmədovla bağlı yeni məlumatlar ortaya çıxıb. Rəşad Məmmədovun sahibi olduğu ictimai obyektlərdən birinin işçisi “Qafqazinfo”ya bildirib ki, bir neçə aydır onların əmək haqqısı verilmir: “Rəşad Məmmədovun obyektlərini indi “Otto Club”un rəhbəri Fuad Quliyev idarə edir. Fuad müəllim bizə deyir ki, pul yoxdur. Artıq beş aydır heç kim maaş almır. İşçilərin çoxu ixtisar olunub.
“Nar Şərab”, “Manqal”, “Venesiya”, “Dağüstü park”, “Senator” və Bayraq meydanındakı “Bayraq” restoranında işçilərin maaşı verilmir. Hər restoranda 5-6 işçi qalıb. Bizə də deyirlər ki, müştəridən nə alsaz onla qənaətlənin. Heç kimə maaş verilmir. Restoranlarda 2 ofisiant, 2 nəzarətçi və 2 xadimə saxlanılıb. Hələ də az-az işçiləri çıxarırlar. Çıxarılanların köhnə aydan qalan maaşları da verilmir. Fuad müəllim deyir ki, heç özlərinə də pul qalmır. Amma ötən ay qızına təzə “Audi” aldı”.

Adının çəkilməsini istəməyən əməkdaş bildirir ki, obyektlərin dövlət qurumları ilə də problemləri yaranıb: “Venesiya” restoranı işıq pulunu ödəyə bilmir. Keçən ay “Azərİşıq”dan gəlib işıqları kəsdilər, bir gün restoran işləmədi. Sonra Fuad müəllim kimlərinsə vasitəsilə məsələni həll etdi. Ötən həftə gəlib yenə kəsiblər. “Dağüstü” parkda da çayxananı bağladılar, bayırdakı stolları yığışdırdılar. Üst mərtəbəni bağlayıblar, aşağıda 5-6 stol qalıb. Ona da deyirlər müştəridən pul alın. Maaş vermirlər”.
Restoran əməkdaşı bildirib ki, Fuad Quliyev həbsdə olan Rəşad Məmmədovun dostudur:“Fuad müəllim gəlib restorandan yeməkləri hazırlatdırıb Rəşad üçün türməyə aparır. Tez-tez də obyektlərə vergidən yoxlama gəlir, çoxlu yeyinti var”.
Qeyd edək ki, “Azİmport” şirkətinin rəhbərləri Rəşad Məmmədov və qaynı Azər Əsgərov bir neçə ay öncə həbs edilib. A.ƏSgərov sonradan sərbəst buraxılıb.
Onu da qeyd edək ki, virtualaz.org saytı R.Məmmədovun anasının erməni olduğunu iddia edib: “R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir”.
Bakının yarısını heç bir qanuna məhəl qoymadan buldozerlə yerlə-yeksan edib dağıdan, heç kəsə kompensasiya vermədən insanları halal evlərindən və ofislərindən küçəyə atan R.Məmmədov anasının sənədlərini də saxtalaşdırıb, ermənini bu yolla “azərbaycanlıya” çevirib. Belə cinayətlərə, dövlət sənədlərini saxtalaşdırmağa görə isə çox ağır cəzalar nəzərdə tutulur!

Rasim
AzPolitika.info

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024