Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (22-09-2015, 18:39)
`Bu qətnamə diplomatik böhrana səbəb olur` - Azay Quliyev

 

Avropanın tanınmış “EU Reporter” informasiya portalı Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin deputatı Azay Quliyevdən müsahibə alıb.

Mediatv.az -ın məlumatına görə, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şərh edərkən A.Quliyev bildirib ki, Avropa Parlamentinin Azərbaycana qarşı “ədalətsiz, haqsız və qərəzli” mövqeyi Avropa İttifaqının Cənubi Qafqazdakı maraqlarına “təhlükə” törədir: `Bu qətnamə Avropa İttifaqı və neftlə zəngin olan bu ölkə arasında diplomatik böhrana səbəb olmaqdadır`. 


A.Quliyev deyib ki, müstəqil siyasəti, dinamik inkişafı, yüksək tolerantlığı ilə diqqəti çəkən Azərbaycanda demokratik təsisatlar azad şəkildə fəaliyyət göstərir.

Onun sözlərinə görə, QHT-lər, media orqanları, siyasi partiyalar və vətəndaş cəmiyyətinin bütün elementlərinin sərbəst şəkildə fəaliyyəti təmin edilib: “Azərbaycan hər zaman Avropa İttifaqı və ona üzv olan ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu daima bəyan edib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin Aİ ilə əlaqələrin daha da yaxınlaşmasına qərarlı olduğunu qeyd etdiyi bir vaxtda Azərbaycanın bu dostluq və əməkdaşlıq jestləri Avropa institutları tərəfindən adekvat dəyərləndirilmir”.

A.Quliyev bildirib ki, təəssüflər olsun ki, minillərdən bəri malik olduğu multikultural dəyərləri uğurla qoruyub saxlayaraq inkişaf etdirən, bu sahədə beynəlxalq ekspertlər tərəfindən dünyaya örnək model kimi göstərilən Azərbaycanın əldə etdiyi nailiyyətlərdən hər zaman narahatlıq keçirən dairələr də mövcuddur: “Sirr deyil ki, belə maraqlı qüvvələrin sırasında ilk yerdə erməni diasporu dayanır”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rolunu xüsusi olaraq qeyd edən A.Quliyev Azərbaycanın Avropa strukturları ilə əməkdaşlıqda önəminin nə Ermənistan, nə Gürcüstan, nə də Moldova ilə müqayisə edilə biləyəcəyini vurğulayıb: “Vətəndaşları yoxsulluq içərisində yaşayan, iqtisadiyyatı tənəzzülə uğrayan Ermənistan "Şərq tərəfdaşlığı” proqramına hansısa töhfə verə bilmək gücündə deyil. Rusiya tərəfindən idarə olunduğu heç kimə sirr olmayan rəsmi İrəvan əks qütbdə - Avrasiya İqtisadi Birliyində təmsil olunur. Ermənistanda əsgər analarının, sosial durumlarından şikayətçi olanların keçirdikləri etiraz aksiyalarının siyasi rejim tərəfindən xüsusi qəddarlıqla dağıdılmasına baxmayaraq, Qərbin Ermənistana münasibəti tamamilə fərqlidir, siyasi rejim heç vaxt tənqid olunmur. Bu günlərdə Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli Azadlıq Hərəkatı” İctimai Birliyinin rəhbəri Vahan Martirosyanın məruz qaldığı zülmlər haqqında verdiyi bəyanat buna sübutdur”.

Deputat əlavə edib ki, unutmaq olmaz ki, bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əhəmiyyətli rola sahibdir: “Ancaq bütün bunların qarşılığında Qərbin müəyyən dairələri erməni diasporunun təhriki ilə ölkəmizin beynəlxalq imicinə ləkə vurmaqda, onu gözdənsalma kampaniyası aparmaqdadır. Sentyabrın 15-də Amerika Ermənilərinin Milli Komitəsi erməni diasporuna Azərbaycanla Avropa Parlamentinin münasibətini korladığına görə təşəkkür edib və AP-nin 10 sentyabr tarixli qətnaməsini erməni lobbisinin qələbəsi adlandırıb”.

A.Quliyevin fikrincə, bu fakt artıq Avropa Parlamenti rəhbərliyində və siyasi qruplarda təmsil olunan avropalı siyasətçilərin bir çoxunun erməni diasporu tərəfindən ələ alınması və ya şəxsi maraq qarşısında Azərbaycan əleyhinə çirkin kampaniyada rol alması haqqında bizim dediklərimizin tam etirafı və açıq sübutudur: “Təəssüflər olsun ki, antiazərbaycan kampaniyasında digər qonşularımız - Rusiya və İranın da maraqlı olması və bu işə dəstək verməsi haqqında bizə ciddi məlumatlar daxil olmaqdadır. Bütün bunların isə bir məqsədi var: Avropa İttifaqı ilə Azərbaycanı üz-üzə qoymaq və nəticədə Aİ-nın Azərbaycanı itirməsinə nail olmaq. Etiraf etməliyik, artıq demək olar ki, antiazərbaycan koalisiyası müəyyən mənada buna nail də olub. Belə ki, Avropa Parlamentinin sonuncu əsassız qətnaməsinə etiraz əlaməti olaraq Azərbaycan Parlamenti “Şərq Tərəfdaşlığı” proqramının önəmli institutu olan AvroNest PA-dan çıxmaq haqqında qərar verdi. Bu isə Avropa Qonşuluq Siyasətinin iflası ola bilər. Bundan kimin qazandığını isə söyləmək o qədər də çətin deyil”.

Millət vəkili müsahibəsində qeyd edib ki, bir qrup erməninin girovuna çevrilmiş Avropa Parlamentinin nəhayət reallıq hissini bərpa edərək səhvini aradan qaldırmasının və Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz, qeyri-obyektiv, yanlış qərarlardan imtinasının çoxdan zamanı çatıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024