Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-09-2015, 17:39)
Milli Məclisdə Avropa Parlamentinin qətnaməsi pislənildi

Milli Məclisdə Avropa Parlamentinin qətnaməsi pislənildi

Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə Milli Məclisin Regional siyasət komitəsinin bu gün keçirilən iclasında pislənilib və qətnamənin qərəzli olduğu, heç bir reallığa söykənmədiyi bildirilib.

Trend-in məlumatına görə, iclasda çıxış edən komitə üzvü Fəzail İbrahimli bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli mövqenin növbəti nümunəsidir: "Avropanın arzuları həmişə ürəyində qalıb. Dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa bu istəyinə nail ola bilməyib. Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Avropanın bu mövqeyi parlament seçkilərinin boykotuna hesablanmış bir addımdır. Bütün addımlarda hiss edirik ki, Avropa parlamentariləri Azərbaycana münasibətdə yanlış bir mövqe seçiblər. Bunu təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı münasibətdə də görürük. Olmayan bir soyqırımı gündəmə gətirib Türkiyəyə qarşı hər hansı bir təzyiq vasitəsi kimi bundan istifadə edirlər. Avropa niyə Xocalı faciəsini gündəmə gətirmir? Bu faciəni törədənləri niyə cəzalandırmır? Bütün dünya bilir ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, amma Ermənistanı işğalçı dövlət kimi tanımır".

F.İbrahimli deyib ki, bütün bunların kökündə Azərbaycanı təzyiq altında saxlamaq, Azərbaycanı müstəqil bir dövlətdən asılı bir dövlətə çevirmək cəhdi, digər tərəfdən Azərbaycanın son illərdə əldə etdiyi kifayət qədər uğurlara qısqanclıq hissi ilə yanaşmaq durur.

O bildirib ki, Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur: "Azərbaycan bu parlament seçkilərini də uğurla keçirəcək, bunun qarşısını heç kim ala bilməyəcək".

Daha sonra çıxış edən komitə sədri Arif Rəhimzadə isə bildirib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi başdan-ayağa cəfəng, heç bir əsası olmayan iddialardan qurulub və Azərbaycan gerçəkliyindən tamamilə uzaqdır: "Ümumiyyətlə, qərb sivilizasiyası indi elə bir vəziyyətə gəlib ki, hesab edir ki, o, nəyi fikirləşirsə, həmin məsələ düzdür və elə də olmalıdır. Misal üçün, bizi günahlandırırlar ki, nə üçün eyni cinsli insanların nikahına icazə vermirik. Onlar istəyirlər ki, öz iradələrini bütün dünyaya tətbiq etsinlər. Bunun nəticəsini də biz İraqda, Suriyada və digər ölkələrdə gördük".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024