Karusel (12-09-2015, 22:55)
Nəcməddin Sadıqovun qohumu mer ola bilmədi
Dağıstanın inzibati paytaxtı Mahaçqaladan 118 kilometr məsafədə yerləşən Daqestanskie Oqni şəhərinin meri postu uğrunda mübarizədə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun qohumu da iştirak edib. Lakin Dağıstan rəhbəri Ramazan Abdulatipov onun namizədliyini təsdiq etməyib.
Qaynar.info virtualaz.org-a istinadən xəbər verir ki, Dağıstanın bu kiçik şəhərinin meri postu ətrafındakı intriqalar barədə kavpolit.com saytı yazır.
Mer vəzifəsinə müsabiqə sentyabrın 10-da keçirilməli idi. Lakin müsabiqədə cəmi bir namizəd iştirak etdiyindən səsvermə olmayıb. Qanuna görə, azı iki namizəd olmalıdır. İndi merin kim olacağını sabah keçiriləcək seçkilərdə formalaşacaq yeni şəhər soveti müəyyən etməlidir. Vəzifəyə əsas iddiaçı Dövlət Dumasının deputatı Hacımet Səfərəliyevdir.
Məlumatlara görə, mer postuna əvvəlcə üç namizəd olub. Bunlar “Rostelekom”un Dərbənd texniki servis mərkəzinin direktoru Zeydulla Haşimov, Penza Dövlət Universitetinin professoru Şahruddin Seyidov və pensiyaçı Ağabek Hacıyevdir.
Şahruddin Seyidovun Penzada professorluq edərkən Dağıstanda mer vəzifəsinə can atması təsadüfi deyil. Bildirilir ki, onun general Nəcməddin Sadıqovla qohumluq əlaqələri var.
Lakin mənbə bildirir ki, son anda iddiaçıların siyahısı Ramazan Abdulatipovun əlinə keçib və o, bütün namizədlərin üstündən xətt çəkib. Nəticədə mer seçkisi olmayıb.
Şahruddin Seyidovun qardaşı Dərbənddə nüfuzlu şəxsdir, şəhərdəki pedaqoji kollecin direktorudur. Onun Dərbənd meri postuna əsas iddiaçı olduğu haqda məlumatlar yayılmışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024