Karusel (10-09-2015, 20:33)
Orduya könüllülər toplanır
Ağcabədinin Taxtakörpü adlanan ərazisində məskunlaşan laçınlılar ordu sıralarına könüllü yollanmaq üçün toplanıb.
ANS PRESS-in məlumatına görə Azərbaycan ordusu ilə həmrəy olduqlarını nümayiş etdirən yüzlərlə laçınlı mərkəzi meydana axın edib.
Uşaqlıq illərində, keçirdiyi qəzada bir qolunu itirən Laçın sakini Firdovsi Təhməzov Qarabağ müharibəsinə könüllü olaraq yollanır. Fiziki qüsuru olduğu üçün əvvəl onu ordu sıralarına götürmək istəməsələr də, fikrində israrlı olan vətənpərvər arzusuna nail olur. Firdovsi döyüş yoldaşları ilə birgə əməliyyatlarda iştirak edir, kəşfiyyatçı kimi fəaliyyət göstərir. İşğal nəticəsində doğma yurdunu tərk etmyə məcbur olan Firdovsi Təhməzov 23 ildir Laçın uğrunda yenidən döyüşə girməyin həsrəti ilə yaşayır. Bu gün Azərbaycan bayrağını götürərək həmyerliləri kimi Ağcabədinin Taxtakörpü ərazisindəki mərkəzi meydana gəlmə səbəbinin də elə bu həsrət olduğunu deyir Firdovsi.
Mən laçınlı balasıyam laçının suyunu içmişəm, döyüşməliyəm qolum oldu olmadı. Mənim fikrim var Laçına bayrağı mən sancam -deyə Firdovsi Təhməzov bildirib.
Meydana toplaşanlar arasında təkcə Taxtakörpü ərazisində deyil, respublikanın müxtəlif bölgələrində məskunlaşan laçınlılar da var idi. Dədə baba yurdundan uzaqda doğulub böyüyən laçınlı gənclər də ordu sıralarına yazılmaq üçün meydanda hazır vəziyyətdə gözləyirlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024