Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-06-2015, 17:16)
“Onların başı çatmır...”- Azad Rəhimov hesabat verir+Yenilənib

[thumb]http://www.mediatv.az/uploads/poHazırda Avropa Oyunlarının yekunlarına hәsr olunan mәtbuat konfransı keçirilir. 

 

"Qafqazinfo"nun konfransda iştirak edən əməkdaşının məlumatına görə, Gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirib ki, Avropa Oyunlarında Azәrbaycanın 2-ci yerә çıxacağını gözləmirdilər:

"Avropa Oyunları әrzindә xarici mütəxəssislər çox gözәl bir ifadә işlədirdilər. Biz sonuncu deyil, davamlı şәkildә görüşәcәyik. Media nümayәndәlәrinә tәşәkkür edirәm. Siz bu yarışları çox yaxşı işıqlandırdınız vә düzgün mәlumatlar yazdınız. Sözsüz ki, bu müddәtdә Azәrbaycanı sevәn insanlar sevindi vә onlar indi möhtәşәm tәdbirin başa çatmasına tәәssüflәnirlәr. Xarici qonaqlar artıq ölkәni tәrk edir. Onlar aeroportdan zәng edib bizә tәşәkkür edirlәr. Biz 2 il yarım müddәtindә bu işi üzәrimizә götürdük vә öhdәsindәn gәldik".

Nazir dünən baş tutan bağlanış mәrasimindən danışıb: "Bağlanış mərasimi dә çox gözәl oldu. Biz komanda olaraq bu işin öhdәsindәn gәldik. İdmançılarımızın nәticәsinә gәlincә, gözlәmirdik ki, Avropa Oyunlarında Azәrbaycan 2-ci yerә çıxacaq. Onlar adlarını Azәrbaycan tarixinә yazdırdılar. Prezident İlham Әliyev bu gün bütün idmançıları və әmәyi keçәn hər kəsi tәbrik etdi. İdman zallarındakı mәnzәrәlәrdә bizi sevindirdi. Azarkeşlәr idmançılarımızı  tәk buraxmadılar . Prezident İlham Әliyev xaricdәn gәlәn jurnalistlәri dә bu gün tәbrik etdi. Bayram bu gün bitir. Biz çox istәyәrdik ki, belә bayramlar tez-tez olsun və xaricdәn gәlәnlәrә öz qonaqpәrvәrliyimizi göstәrәk".

***

 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq isə çıxışında nazir Azad Rәhimova tәşәkkür edib:

"BEQOK-un 2500 işçisi bu layihә üzәrindә çalışıb. Müxtәlif tәcrübәlәrә malik insanları bir yerә toplamışdıq. İşimizin öhdәsindәn gәldik. Tәşkilat komitәsi 1-2 günә işini başa çatdırır. Fürsәtdәn istifadә edib sponsorlar vә mәtbuata tәşәkkür edirәm. Ümid edirәm ki, sizin dәstәyinizlә növbәti Avropa Oyunları da keçirilәcәk. 12mindәn çox könüllü vә mәşәlçi var idi. Onlar olmasaydı, bu tәdbiri keçirә bilmәzdik. Açılış mәrasimi fantastik idi. Azarkeşlәrә dә tәşәkkür edirәm. Azәrbaycanda yeni tikililәr, arenalar var".

***

Azad Rəhimov Azərbaycanın ikinci pilləyə sahib olmasını Qәrb mәtbuatının Avropanın güclü idmançılarının Bakıya gәlmәmәsi ilә әlaqəlәndirilməsinə də aydınlıq gətirib:

"Siz bilirsiz ki, Su idman növündә Avropa Oyunlarında dünya rekordu vuruldu. Zәif idmançı bu rekordu vura bilmәz. Avropa Oyunlarında olan 16 idman növündən 12-si Yay Olimpiya oyunlarına lisenziya verirdi. Mәhz bu 12 idman növündә 100-dәn çox Olimpiya çempionları iştirak edirdi. Mingәçevirdә keçirilәn avarçәkmә yarışlarında 21 Olimpiya vә dünya çempionları var idi. Sadəcə bunu edənlər yarışlara kölgə salmaq istəyirdilər. Onlar, hәtta, "Bakı-2015"in saytını da dağıtmağa cəhd etdilər. İfadәmә görә bağışlayın, amma o insanların başında nәsә çatmır".

***

Nazir azarkeşlərdən də danışıb:

"Bütün yarışlarda azarkeş sayını nәzәrә alsaq, marağın nә qәdәr yüksәk olduğunun şahidi olduq. Bizim azarkeşlәrdә yeni mәdәniyyәt yaranıb. Onlar bilet alırdılar. Kassalarda bilet qalmırdı. Hәtta mәn özüm yaxın adamlara vermәyә bilet tapmırdım.

***

A. Rəhimov bir daha Avropa Oyunlarının açılış vә bağlanışına xərclənən məvacibə toxunub:

"Açılış vә bağlanış mәrasiminә 100 milyon xәrclәnib. Bu iş bir neçә mәrhәlәdә formalşır. Bakıya gәlәn xüsusi sistemlәr, qaldırıcı qurğular, kostyumların da xәrci bu hәftә hesablanacaq. Düşünürәm ki, bu 100 milyonu keçmәyәcәk".

***

Nazir daha sonra Avropa Oyunlarını tənqid edən yazılardan da danışıb:

"İdmanı siyasәtә qatmaq olmaz. Pekindә, Londonda, siyasi söhbәtlәr ortaya atılmışdı. İlk Avropa Oyunlarında prezidentlәr və yüksәk dövlәt rәsmilәri Bakıya gәlmişdi. Bәzi tәşkilatlar istәyirdilәr ki, prezidentlərin səfərini başqa mövzulara yönəltsinlər".

Azad Rəhimov Olimpiya Stadionu ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Stadionla bağlı bәzi mәsәlәlәr müzakirә olunur. Ola bilәr ki, ordakı ofislәri kirayәyә verәk, hansısa konsertlәr tәşkil olunsun. Stadionun saxlanması üçün kifayәt qәdәr vәsait olmasa, dövlәt büdcәsinә müraciәt edәcәyik".

Nazir prezidentin bu yaxınlarda könüllülәrə mükafat fondu ayıracağını qeyd edib: "Onlar gәlәcәyi parlaq olan gәnclәrdir. Könüllüləri itirmәk istәmәzdik. Könüllü olmaq şәrәfli peşәdir. Prezident könüllülәrә mükafat fondu ayıracaq vә bu yaxınlarda onlara tәqdim edilәcәk.

***

A. Rəhimov "Bakı-2015"in gəlirləri ilə bağlı da açıqlama verib: "Bilet satışı, yayım hüququ vә sponsorlardan ümumilikdә 15-17 milyon vәsait toplanıb".

Elsevərsts/2015-06/1435580188_96221.jpg[/thumb]

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024