Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-06-2015, 14:56)
"Bu il buğda az olacaq"

 

Bu il arpa və buğda istehsalında ciddi azalmalar gözlənilir.

Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.

V.Məhərrəmov dedi ki, taxıl sahələrində monitorinq aparılıb: “Son aylar yağışların yağmasının taxıl bitkilərinin inkişafı üçün münbit şərait yaradacağını proqnozlaşdırmışdıq. Lakin monitorinq zamanı bəlli oldu ki, əksinə, yağışların intensivliyi bu sahədə yol verilmiş bir çox nöqsanları ortaya çıxarıb. Belə ki, sahələrdə əyilmiş (yatmış) bitkilərə daha çox rast gəlinir. Bu kimi hal bitkilərin zəif inkişafından xəbər verir. Yəni taxıl bitkilərinin inkişaf fazalarında vaxtlı-vaxtında aqrotexniki qaydalara əməl olunmaması səbəbindən bitkilər ilkin böyümə etapında normal inkişafdan məhrum olub. Sonrakı fazalarda isə bu çatışmazlıqlar özünü bitkinin gövdəsinin zəif, nazik olmasında göstərib”.

Ekspert qeyd etdi ki, elə bu səbəbdən də yağışlar yağan zaman bitkilər əyilib: “Əksər taxıl sahələrində apardığımız baxışlar zamanı bitkilərdə sünbülün qısa, dənin cılız, sünbüldə dənin kütləsinin az olduğu müəyyən olundu. Bu isə məhsulun kəmiyyətinin az olmasını göstərməklə yanaşı həm də əldə olunan dənin keyfiyyətinin aşağı olduğundan xəbər verir. Bundan əlavə, yağan yağışlar taxıl sahəsində uzun müddət geniş yayılan alaq otlarının intensiv inkişafını təmin edib, həm də yabanı vələmirin (yulafca) də daha geniş yayılmasına səbəb olub. Bu isə biçin zamanı əldə olunan məhsulda zibil qarışığının həcmini artıracaq, gələcəkdə mövcud əkin sahələrində alaq otlarının daha da geniş yayılmasına səbəb olacaq”.

V.Məhərrəmov bildirdi ki, dünya bazarında arpanın 1 kiloqramının qiyməti 25 qəpikdir. Amma  fermerlər əldə etdikləri məhsulu 2 dəfə ucuz qiymətə satır: “Doğrudur, bəzi yerlərdə hektardan 70-80 sentner məhsul götürən fermerlər də var. Ancaq onların sayı çox azdır. Ümumi vəziyyət isə əvvəlki ilə nisbətən yaxşı deyil. Əkin sahəsi azalmaqla yanaşı bu il məhsuldarlığın da azalması gözlənilir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024