Karusel (3-06-2015, 15:40)
Çingiz Qənizadə: “Ölüm hökmü bərpa olunarsa...”
“Azərbaycanda ölüm hökmünün bərpa olunması mümkün deyil”
“Ölüm hökmü bərpa olunarsa, Azərbaycan Avropa Şurasında üzvlükdən imtina etməlidir”
Mediatv.az xəbər verir ki, son zamanlar ağır cinayətlərin sayının artması gündəmin aktual mövzularından biridir. Ağır cinayətlərin qarşısının alınması üçün Fazil Mustafa və başqa deputatlar Azərbaycanda ölüm hökmünün bərpa olunması təklifi ilə çıxış ediblər.
.
Çingiz Qənizadə hesab edir ki, Azərbaycanda ölüm hökmü bərpa oluna bilməz, çünki bu halda Azərbaycan Avropa Şurası üzvlüyündən imtina etməlidir:
“Ölüm hökmü bərpa olunarsa, Azərbaycan Avropa Şurasında üzvlükdən imtina etməlidir. Buna görə də Azərbaycanda ölüm hökmünün bərpa olunması mümkün deyil. Biz Avropaya inteqrasiyada maraqlıyıq. Hesab edirəm ki, hazırkı vəziyyətdə ölüm hökmünün bərpası olmayacaq.
Ölüm hökmünün mövcudluğunun müsbət tərəfinin bir qayda olaraq ağır cinayətlərin sayının azalmasına səbəb olduğunu bildirən deputatın fikrincə bu cəzanın yenidən tətbiqi mümkün deyil:
“Ölüm hökmünün müsbət tərəfi odur ki, bu hökm olanda ağır cinayətlərin sayı azalır. Ölüm cəzası verilən müddətlərə baxsaq, il ərzində 3-5 ağır cinayətlər olur. Lakin bu keçmişdə qalıb. Bu gün dünya ölüm cəzasının əleyhinədir. Düzdür, hal-hazırda dünyanın bir çox ölkələrində ölüm cəzası qalıb. Biz Avropa ailəsinin üzvüyük. Ona görə də mənə elə gəlir ki, bu cəzanın yenidən tətbiqi mümkün deyil”.(pia.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024