Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-05-2015, 22:30)
Siyasi məqsədlə törədilmiş yanğınlar - ARAŞDIRMA

Mayın 19-da Bakının Azadlıq prospektindəki 16 mərtəbəli binada 15 nəfərin ölümü, 60-a yaxın insanın хəsarət alması ilə nəticələnmiş dəhşətli yanğının səbəbləri barədə yekun rəsmi rəy verilməsə də, hadisənin təxribat məqsədilə - qəsdən törədиlməsi ehtimalı hələ də qüvvədədir. Möhtəşəm ilk Avropa Olimpiya oyunlarına sayılı günlər qaldığı bir vaxtda belə bir hadisənin baş verməsi hər birimizi ayıq-sayıq olmağa çağırır. Ümumiyyətlə, 2015-ci ilin əvvяlindən Azərbaycanda yanğın hadisələrinin sayının artması narahatlıq doğurur. Rəsmi statistikaya nəzər salaq: Aprel ayında Fövqəladə Hallar Nazirliyindən verilmiş məlumata görə, bu ilin yalnız ilk 3 ayı ərzində ölkədə baş vermiş yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 34 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından xəsarət alanlar üzrə 6 nəfər və ya 21% çoxdur. 

Mayın 19-dakı faciə penoplast örtüklü binalarla bağlı artıq 3-cü olaydır. Bu il fevralın 28-də Buzovna qəsəbəsindəki 9 mərtəbəli binalardan birinin dam örtüyündə baş vermiş və penoplast üzlüyün alışması ilə müşayiət olunan yanğın xoşbəxtlikdən qısa müddətdə söndürülmüşdü. Nəticədə 6 nəfər tüstüdən yüngül zəhərlənmişdi. İkinci hadisə 2015-ci il aprelin 10-da Nobel prospektindəki 9 mərtəbəli binada baş vermişdi. Bina bütövlükdə yansa da, sakinlər vaxtında təxliyə olunmuş, ölən və ciddi хəsarət alan olmamışdı...
Ümumiyyətlə, yanğınlar əsasən insanların səhlənkarlığı, məsuliyyətsizliyi, yaxud texniki nasazlıq nəticəsиndə baş verir. Ancaq ayrı-ayrı fərdlər, qruplar və ölkələr arasında iqtisadi, yaxud siyasi maraqların toqquşması ucbatından yanğınların qəsdən törədilməsi faktları da xeylidir.

Artemida şöhrət, yoxsa sələm ucbatından yandırıldı?..

Tarixdə qalmış ən məşhur yanğın hadisələrindən birincisi, sonradan əsasında müxtəlif məsəllər formalaşmış Herostrat yanğınıdır. Miladdan öncə 21 iyul 356-cı ildə, qədim Efes şəhərinin gənc sakini, Herostrat, dünyanın yeddi möcuzəsindən biri sayılan Artemida məbədini yandırdı. Herostrat işgəncə təzyiqi altında təqsirini etiraf edib. Səbəb kimi isə məbədi şöhrət qazanmaq üçün yandırdığını bildirib. Guya o istəyib ki, hamı onun haqqında bilsin. Herostratı edam edirlər. Məhkəmənin qərarı ilə, Herostratın adını tarixə yazmaq qadağan olunmuşdu. Məhkəmə qərarını icra edənlər, ev-ev gəzib, - “Herostratı xatırlamaq qadağandır!” - bağırırdılar. Beləliklər, hamı bildi ki, məbədi Herostrat yandırıb. Yəni, Herostratın adını unutdurmaq istəyən məhkəmə, əksinə, onu məşhurlaşdırdı. “Herostrat şöhrəti” ifadəsi idiomatik oldu. Bu gün də mənfi mənada işlədilir. Ancaq bu, hadisənin rəsmi yozumudur. Gerçəklikdə isə belə olub: Artemida Qədim Yunan Tanrılarından biri idi (Zevsin qızı, Apollonun bacısı). Onun məbədinə çoxlu ianələr, qurbanlar verilirdi. Çox zəngin məbəd olduğundan məbədin anbarında xeyli qızıl, pul və başqa qiymətli əşyalar saxlanılırdı. Bir gün, məbədin kahinləri sövdələşib qərara gəldilər ki, qızılı və pulu məbədin anbarında boşuna saxlamaqdansa, tacirlərə borc verib, pul qazansınlar. Borcu da, təbii ki, faizlə verirdilər.


Bir müddət kahinlərin biznesi yaxşı gedirdi. Amma sonradan borcların qaytarılmasında problemlər yaranmağa başladı. Kahinlər tacirlərdən borcları tələb edəndə, tacirlər borclarını ödəməkdən imtina etməyə başladılar. Tacirlər isə yaxşı bilirdilər ki, kahinlər məhkəməyə və ya başqa yerə şikayət edə bilməzlər, çünki bu zaman məbədin toxunulmaz olan sərvətlərindən şəxsi maraqları üçün istifadə etdikləri hamıya məlum olar... Kahinlər məbədin anbarında saxlanılan sərvətlər haqqında hər il xalq yığıncağında hesabat verməli idilər. Xalq yığıncağı da anbarda saxlanılan sərvətləri yoxlaya bilərdi. Fırıldaqlarının üstü açılacağından qorxan kahinlər, məbədi yandırdılar. Təqsiri isə atdılar Herostratın boynuna. Hamının da bunu bilməsi üçün hər yerdə “Herostratı xatırlamaq qadağandır!” elanı verildi. Bax beləcə, təqsirsiz bir gəncin, Herostratın, adı tarixə düşdü və mənfi mənada “Herostrat şöhrəti” kimi istifadə olundu. O da maraqlıdır ki, qədim yunan tarixçisi Timey, eləcə də Siseron və Plutarxın yazdıqlarına görə, Artemida məbədi yandırılan gecə dünya şöhrətli fateh Makedoniyalı İsgəndər doğulmuşdur...

İmperator Romanı niyə yandırtdı?
Tarixdə siyasi məqsədli ilk ən böyük yanğın isə Böyük Roma yanьını hesab edilir. Eramızın 64-cü ili 19 avqust gecəsində Roma şəhərinin dəhşətli yanğını başlandı. Yanğın böyük hippodrom(at cıdırı) və digər əyləncələr məkanı kimi tanınan Circus Maximus adlı məkanın qərb hissəsində tez alışan mallar satılan dükanlardan başladı. Həmin vaxt 9 yaşında olan tarixçi Tasitusun yazdığına görə, yangın tezliklə böyümüş və 5 gün(bəzi mənbələrə görə, 9 gün) davam etmişdir. Yangın Romanın 14 məhəllləsindən 4-nü tamamən, 7-sini isə qısmən külə çevirib. O zaman 40 yaşı olmuş diэяr tarixçi –Plinus da bu haqda yazmışdır. Amma maraqldır ki, o dövrdə yaşamış Plutarx, Erikstetus, Jozefus və s. kimi tarixçilər Roma yanğını barədə yazmayıblar. Yanьının miqyası haqqında məşhur filosof Seneka dostu Paula yazdığı məktubda qeyd edir: “Altı gündя yüz otuz iki ev və dörd məhəllə yandı və yeddinci gün yanğın durdu." Bu qaynağa görə, Romanın azı 90 faizinin yandığı bildirilir. Suetonius və Kassiusun yazdığına görə isə şəhər yanarkən Roma imperatoru Neron səhnə geyimlərində özünün “Troyanın dağıdılması” poemasını söyləyirmiş. Bəziləri imperatorun lira, yaxud kaman çaldığını iddia edir. Amma əksər mənbələrdə deyilir ki, həmin vaxt Neronun Antisiya əyalətində olmuş və dərhal geri qayıdaraq yanğın yerinə gəlmiş, xilasetmə işlərinə və evləri yananlara, həlak olanların ailələrinə özü rəhbərlik etmişdir.


Roma yanğının hansı səbəbdən törədilməsi barədə dəqiq məlumat yoxdur. Ancaq çoxları bu yanğının Neronu hədsiz qaniçənlikdə, sadəlöhvlükdə və dövlətin idarəçiliyi ilə məşğul olmamaqda ittiham edən xalq təbəqələri və elita tərəfindən imperatoru nüfuzdan salmaq məqsədilə törədildiyini göstərir. Yanğının qəsdən təxribat məqsədilə törədilməsini eyni vaxtda Romanın müxtəlif yerlərində evlərin, dükanların yanmağa başlaması da sübut edir. Suetonius və Kassius isə guya zahiri yaraşıq dəlisi olan Neronun Romanı yenidən Neropol adıyla tam başqa formada tikmək həvəsiylə özünün yandırtdığını iddia edirlər. Tacistusun yazır ki, xalqın bu yanğına görə qurbanlıq keçi axtardığını görən Neron onun hakimiyyətini qəbul etməyən o dövrdə yeni formalaşan xрistian cəmiyyətlərini günahlandırmış və xeyli xristianı həbs etdirərək köpəklərə yem etmişdir. Bəziləri hətta imperatorun xristianlara qarşı repressiyalara başlamaq bəhanəsi əldə etmək üçün Romanı qəsdən yandırtdığını da fərz edirlər.


Hitler hakimiyətə gəlmək üçün reyxstaqı yandırdı...


XX əsrin siyasi qılaflı ən məşhur yanğınlarından biri Berlində Reyxstaqın yandırılmasıdır. Adolf Hitler 30 yanvar 1933-cü ildə prezident Hindenburq tərəfindən reyxkansler təyin edildikdən sonra Almaniyada əvvəlki parlament seçkilərində də üstünlük qazanmış nasistlər xeyli gücləndilər. Hitler ilk günlərdən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı.

Buna haqq qazandırmaq məqsədilə 1933-cü il fevralın 27-də Reyxstaqın binasının yandırılması təşkil olundu. Polis 24 yaşlı holland kommunist Marinus Vann de Lyubbeni həbs etdi və yanğının təqsiri kommunistlərin üzərinə atıldı. Ertəsi gün - 1933-cü il fevralın 28-də isə Hitlerin təklifi əsasında prezident Hindenburq "Xalqı və dövləti müdafiə etmək" “Alman xalqına xəyanətə və vətən xainlərinin əməllərinə qarşı” adlı iki fövqəladə dekretlə Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi. Nəticədə 4 minə yaxın kommunist həbs edildi. Bununla da kütlə arasında reytinqi yüksələn nasistlər həmin il martın 5-də keçirilən seçkilərdə səslərin 50 faizə yaxınını qazandı. Ancaq bu da faşist hökumətini qane etmədi. Və Kommunist Partiyası ümumiyyətlə, qadağan edildi. Bu da kommunistlərin qazandığı 81 deputat mandatının da qüvvəsini itirməsinə səbəb oldu.
1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə prosesi də keçirildi. Qəribə “kommunist” Lyubbe məhkəmədə özünü qeyri-adekvat aparsa da, ölüm hökmünə məhkum edildi. Beləliklə, Hitlerin əl-qolu açıldı və o, “qanuni” kütləvi represiyyalara start verdi. Və bu minvalla 1934-cü ildə 86 yaşlı prezident Hindenburq vəfat edən kimi bütün hakimiyyəti ələ keçirdi. 
1945-cı ildə Nürnberq məhkəməsindəki ifadəsində faşist general Frans Halderi 1933-cü ildə Reyxstaq binasının məhz Görinqin əmri və komministləri günahlandırmaq məqsədilə yandırılıdığını etiraf etmişdir.

Odessa yanğını Ukraynaya hərbi müdaxilənin gücləndirilməsinə bəhanə verdi...


Son illər daha çox diqqəti cəlb etmiş bina yanğınlarından biri də Ukraynada rus-ukrayın münaqişəsi başlanandan az sonra - 2014-cü il mayın 2-də Odessadakı Kulikovo meydanında Yevromaydan və Antimaydan tərəfdarlarının toqquşması nəticəsində Həmkarlar İttifaqının binasına sığınmış, əsasən yaşlı və qadınlardan ibarət antimaydançı qrupun diri-diri yandırılması oldu. Həmin faciə nəticəsində 48 nəfər həlak olmuş, onlardan 42-si məhz yanğın qurbanı olmuşdur. Hadisədən bir ildən çox vaxt keçməsinə rəğmən hələ də müxtəlif fərziyyələr dolaşmaqdadır. Tərəflər bir-birini günahlandırırlar. Səslənən əsas versiyalardan biri yanğının Rusiyanı Ukraynanın şərqində hərbi fəallığı artırmağa və birbaşa ölkə ərazisinə ordu yeritməyə təhrik etməyə hesablanmasıdır.

Sumqayıtdakı “Karvan” ticarət mrkəzi niyə yandı?


Azərbaycanda son illər baş vermiş yanğınlar sırasında daha çox əks-səda doğuran Sumqayıtdakı “Karvan” ticarət mərkəzində 2013-cü il oktyabrın 19-da və 2014-cü il oktyabrın 9-da baş vermiş yanğınlardır. Hər iki yanğında iqtisadi maraqları olan biznes qruplaraının gizli qarşıdurmasının rolu olması haqda qeyri-rəsmi informasiyaлar dolaşsa da, birinci yanğında Rusiya xüsusi xidmət orqanlarının əli olması barədə də şayiələr dolaşırdı. 2012-ci il iyulun 20-də Heydər Əliyev mərkəzində baş vermiş yanğın da canlı itki ilə nəticələnməsə də, xeyli əks-səda doğurdu.

Ermənilərin törətdiyi yanğınlar...


Ermənilər ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanda və Türkiyədə insanların diri-diri yandırılmаsı ilə müşayət olunan saysız-hesabsız faciələr törətmişlər. 1995-ci il noyabrın 28-də "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir. Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyini açıqlanıb. Amma bu aktın da ermənilər tərəfindən törədildiyi güman edilir.

Qarabağ torpaqları hələ də yanmaqdadır...

Bu gün də ermənilər cəbhə xətti boyu işğal altındakı ərazilərimizdə yanğınlar törətməkdə davam edirlər. Hələ 2007-2008-ci illlərdəki rəsmi məlumatlara görə,ümumilikdə isə meşə yanğınları zamanı yalnız Ağdam bölgəsinin flora və faunasına dəyən ziyan 30 milyon manatdan artıqdır. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tərtər rayonunun işğal altında olan kəndlərində törətdiyi yanğınlar nəticəsində isə ümumilikdə ətraf mühitə 694 min 459 manat həcmində ziyan dəyib. 
Təbii, texnogen səbəbdən və ya qəsdən törədilməsindən asılı olmayaraq, bütün hallarda yanğın faciədir. Və hər belə faciə hər bir vətəndaş, xüsusən hüquqi məsuliyyət daşıyan şəxslər üçün ibrət dərsi olmalıdır...

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024