Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-04-2015, 15:18)
London taksiləri

London taksiləri

Fərid Hüseyn 

 

Bəxtiyeyin adamammış: Londonu da görmək nəsib oldu. Adətdir axı, özgə vilayətə güzarın düşəndə əqdəm oxşarlıqları gözün gəzir, sonra fərqlilikləri. Londonda baxdım ki, Bakıyla nə oxşarlığı var, bir şey tapa bilmədim. Oradakı binaların bizim binaların boyuna çatmasına hələ eee… illər var. Bircə oxşarlığımız taksilərimizdədir – London taksiləri. 

Amma “bizim londonlu taksilər”in əcəb təzə adətləri yaranıb ki, “deməsəm ölləm”. Deməli, bu London taksilərini sürənlər hava limanlarında “köhnə kəndə təzə adət gətirib”lər. Artıq qiyməti, belə deyək “sayğac” hesablamır, yaxınlaşan kimi sürücülər özləri “pul oxuyur”. Məsələn, filan yerə 30, bəsməkan yerə 35 manat. Soruşanda ki, qadası, niyə belə eləyirsiniz, bu, nə deməkdi, cavabları sərt olur: “Burada həm yer pulu, həm də hər müştəriyə görə haqq veririk”. Təbii ki, həmin “haqq” adıyla verilən pulları London taksilərinin sayğacları göstərmir, ona görə də o görünməyən məbləği dilləriylə istəyirlər.

Beş manat aşağı, üç manat yuxarı, axırı ki, bir başqa taksi tapıb evimizə yollanırıq. Qoy, olsun, neynək... İstəyənin bir üzü qara, verməyənin iki üzü… Amma bəla bundadır ki. 

Axı biz Bakı Avropa Oyunları keçirən ölkəyik, günlərimizi sayırıq, dövlət hər işin qaydasında olması, ölkəmizin dünyada tanıdılması, təbliği istiqamətində irimiqyaslı işlər görür və paytaxta gələnləri elə-belə “hoppanıb-düşməyə” çağırmayıblar, ortada həm də imic söhbəti, xalqın, millətin xarakteri, dünyagörüşü və mədəniyyətinin yüksək səviyyədə sərgilənməsi məsələləri var.

Gələnlər ora-bura getmək üçün London taksilərinə minəcəklər, düşəndə sayğaca baxacaqlar, orda görünməyən pullar necə olacaq, “əlavə haqq veririk”  sözlərini turistlərə necə izah edəcəyik? Tərcüməçilərimiz “haqq veririk” sözünü dünyanın hər yanından gələnlərin dillərinə və təfəkkürlərinə necə tərcümə edib çatdıracaqlar? Lap deyək ki, tərcümə edib sürücülərin fikrini çatdırdılar, yaxşı bəs “onda sayğac nəyinizə lazımdır?” sualına kim cavab verəcək?

Vətənimizdən yüz il geridə yaşayan ölkələrdəki taksilərdə sayğac var və düzgün də işləyir. Biz özgə atına – London taksilərinə minib niyə camaatı öz günümüzə salırıq? Turistlər London taksilərinə minəcəklər, düşəcəklər, tələb olunan məbləği də ödəyəcəklər, ancaq gedib danışacaqlar, yazacaqlar, biabır edəcəklər, sonra da biz onlara cavab verməli olacağıq, münasibətlər korlanacaq... Bizim dövlətimizinsə, istəyi bu deyil... Ölkəmiz qəpik-quruş güdən olsaydı, bu oyunlara milyardlar xərcləməzdi, deməli, belə məsələlərin strateji əhəmiyyəti, uzağı nişan alan hədəfləri var, o hədəflər üçün çalışmaq lazımdır. Dövlətin, dövlət rəhbərinin gördüyü işlərin üstünə niyə haqq alıb cibini dolduranlar, fırıldaqçı sürücülər kölgə salmalıdırlar? 

Belə gülünc məsələlər, doğrudan, çox qanımı qaraldır və bir sual düşündürür məni: Görəsən, biz vətənimizə nə vaxtacan cibimizin deşiyindən baxacağıq?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024