Karusel (11-11-2014, 11:29)
“London taksi”lərində sayğac niyə işləmir?
Bəzi “London taksi”lərində sayğacın işləmədiyi məlum olub
Heydər Əliyev adına Hava limanından şəhərə doğru gələn London taksilərində sayğaclar işə salınmır. Sərnişinlərə isə bu haqda əvvəlcədən məlumat verilmir.
Bunun səbəbini sürücülərdən soruşduqda isə belə bir vəziyyəti gündəlik planlarının artırılması ilə izah edirlər.
Bildirirlər ki, gündəlik plan 40 manata qaldırılıb.
“Sayğac işləyəndə biz bu planı doldura bilmirik. Ona görə də bu metoda əl atmışıq. Dəfələrlə rəhbərliyə etirazımızı bildirsək də, bizi işdən çıxarmaqla hədələyiblər. Bir neçə sürücü də bu səbəbdən işdən çıxarılıb. Bundan sonra digərləri də səsini çıxara bilmir. İşimizi itirmək təhlükəsi ilə üzləşirik”.
Qeyd edək ki, “ London taksiləri”nin digər taksilərdən özəlliyi onun getdiyi məsafənin qiymətini sayğacla göstərməsidir. Belə ki, 10 km-ə qədər sayğac 70 qəpik yazır. 20 km məsafədən artıq hərəkət etdikdə isə bu 20 qəpiklə hesablanır. Belə olan halda sürücülərin sayğac sisteminin işə salmaması haqlı olaraq müştərilərin də narazılığına səbəb olur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024