Karusel (28-04-2015, 14:58)
Deputatlardan Tofiq Yaqublu ilə bağlı- Prezidentə müraciət
Millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında Müsavat başqanının müavini Tofiq Yaqublunun əfvi ilə bağlı prezidentə müraciət edib.
“Nyus.az” xəbər verir ki, F. Mustafa qeyd edib ki, T. Yaqublunun qızı bu günlərdə vəfat edib: “Hakimiyyət də humanist addım ataraq onu 7 gün azadlığa buraxdı. Bu həm də ölkə başçısının siyasi iradəsi idi. Mən bu tribunadan istifadə edib ölkə prezidentinə onun əfv edilməsi ilə bağlı müraciət edirəm. Həqiqətən də ailə faciəsi yaşanıb. İki il dörd ay həbsdə yatıb. Hazırda iki ili qalır. Bu əfv cəmiyyətdə siyasi qüvvələr arasında kin-küdurətin aradan qalxmasına, səmimi münasibətlərin formalaşmasına faydalı olar. Həm də Avropa Oyunları ərəfəsində hakimiyyətin xeyrinə verilmiş qərar olar”.
Millət vəkili İqbal Ağazadə də deputat həmkarına dəstək olub. Bildirib ki, ona qarşı atılacaq addım müxalifət qüvvələri tərəfindən də alqışla qarşılanacaq.