Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (27-04-2015, 12:12)
Peyğəmbər sədaqəti

Peyğəmbər sədaqəti

Onun həyatının nə besətdən öncəki, nə də sonrakı hissəsi asan olmamışdı. Amma bərəkətli ömrü bəşər üfüqündə yeni bir səhifə açmışdı. Besətin əvvəllərində bunu anlayacaq çox az şəxs vardı. 

 

 “Mediatv.az” kovser.az saytına istinadən xəbər verir ki, insanlara gətirdiklərinə ilk öncə özü iman etmişdi. Elə böyük və parlaq bir iman idi ki, içində zərrə qədər tərəddüd və kəsir yoxdur. Elə bir iman ki son nəfəsinə qədər məsləyindən dönməyəcəkdi. Əslində, məsləyi haqqın özüdür, hər bir insanın öz məsləyinə sədaqəti var. 

Peyğəmbər haqqa son dərəcə sadiqdir. O, söylədiklərindən ona qüdrət təklif edildikdə dönmədi: “Ayı sağ, günəşi sol əlimə versələr belə ...”. Sonra canı təhlükəyə düşdü, doğma yurdundan çıxarıldı, çəkmədiyi əziyyət qalmadı. Amma haqdan dönmədi. Nə sözdə, nə əməldə, nə qəlbdə. Mədinədə olduğu müddətdə ordu yığıb üzərinə gələndə misilsiz qəhrəmanlıqla vuruşdu, yaralandı ...

Canımız doğranana qədər Allah yolunda sadiqmiyik? Bəzən bir sözdən, bir xəyaldan vəhşətə gəlirik. Tağutla, şeytanla, nəfslə üz-üzə Allah yolunda nə qədər sadiqik? Bir bəndənin sədaqətindən gözəl nə zinəti ola bilər ki? Allah da Qiyamətdə onların nicat tapacağını vurğulayıb buyurur: “Bu gün elə gündür ki, sadiqlər öz vəfasından bəhrə görəcəkdir”...(“Maidə”,119)

Hər dəfə Ziyarəti Aşuranı oxuduqda “Sənə sülh edənlərlə sülh edir, sənə düşmənçilik edənlərlə düşmənəm”– deyərək imam Hüseynə (ə) sadiq qalanlara rəğbətimizi bildirib “sizlərdənik” deyirik. Necə ki, Peyğəmbər (s) buyurmuşdu: “Mən də Hüseyndənəm”. Yəni onun məsləyi haqdır. Mənim məsləyimlə eynidir və qalacaq dəyərli məslək yalnız haqdır.

İnsanın haqqı tanıyıb, iqrar edib, müdafiə etməsi mərhələli ruhi prosesdir. Bu yola işıq saçan düşüncə, dəstək verən iradədir. Bu yola düşən Əhli-Beytlə birlikdədir. Bu yola qurban gedən itib-batmaz. Necə ki, Həzrət Əli (ə) buyurub: “Bizdən olan ölsə belə diridir”.(Nəhcül Bəlağə)

Bu günün İmamının da məsləyi Peyğəmbərlə eynidir. Onu tanımağa, ona əl uzatmağa nə məkan maneəsi var, nə də zaman maneəsi. Üzünü Kəbəyə doğru çevir və de: “Sənə olan beyətimi bir daha təzələyirəm, ondan heç bir zaman, heç nə bahasına dönməyəcəyəm!...

шаблоны для dle 11.2

Xəbər lenti
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025