Karusel (20-04-2015, 22:21)
Sanki 100 ildir ki, tanıdığımız sənətkar (VİDEO)
"Mediatv.az": Azərbaycan teatrının Qaynanası korifey aktrisa Nəsibə Zeynalovanın bu gün doğum günüdür. 11 ildir ki, həyatdan köçən gülüş ustası səhnədə yaratdığı obrazlarla tamaşaçılarının qəlbində ölməzlik qazanıb.
Nəsibə xanımın 100 yaşı hələ gələn il tamam olacaq. Amma biz sanki 100 ildir onu tanıyırıq. Təkcə ona görə yox ki, gözümüzü açıb onu ekranlarda görmüşük. Həm də ona görə ki, Nəsibə xanım cəhrə nənələri elə məharətlə oynayırdı ki, tamaşaçanı öz yaşına inandıra bilirdi. Halbuki, Fatmanisə obrazını o, cəmi 42 yaşında yaradıb.
Onun resepti hər kəsdə şübhə doğura bilərdi, amma bənsərsiz aktrisa olduğu heç kimdə şübhə doğurmadı. Belə baxanda 20-ci əsr Azərbaycan milli kinosunda Nəsibə Zeynalova qədər yadda qalan ikinci bir sima yoxdur. Düzdür, keyfiyətli aktirsalarımız çox olub, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Münəvər Kələntərli və adını çəkə bilmədiyim onlarla sənətkar, həm peşəkarlıqda, həm də zahiri görünüşdə Nəsibə xanımdan bir addım qabaqda ola bilərdilər. Amma populyarlıqda əsla.
Nəsibə Zeynalova bu gün tək Azərbaycan gəlinlərinin qaynanası deyil. O, başqa millətdən olanların da ailəsinə evinə müdaxilə edir, o ailələri qarışdırır və bununla da insanların dodağında təbəssüm yarada bilir.
Dünya mədəniyyətlərinin Azərbaycan mədəniyyətindən, dünya aktyorlarının Azərbaycan aktyorlarından götürə biləcəyi çox şeylər var.
Bunu Nəsibə xanım zamanında sübut edib. Ona görə də bu dünyadan arxayın köçdü. Əminəm ki, cənnət ayaqları altındadır, bizim çox sevimli Cənnət nənəmizin.