Karusel (16-04-2015, 14:58)
Mütaliəni sevənlərin bildiyi 10 həqiqət
1. Kitab oxuyanlar heç zaman tək darıxmazlar, Whats app-da online görünməz, Facebook çatını açmazlar. Tək olsalar belə sevimli bir kitabları yanlarında olduğu müddətcə məsud olarlar
2. Ətrafda baş verən hadisələrə biganə qalar, sərt reaksiyalar verməz, əsəbiləşməzlər. Çünki onların öz dünyaları var.
3. Başqalarının dərdinə acıyar, güclü empatiya qurar və həyatda gördüklərini oxuduqları ilə müqayisə etməyə həvəsli olarlar.
4. Hər yerdə oxumağı bilərlər. Metroda, avtobusda, parkda, gözləmə salonlarında.
5. Bəzən tənbəllikdən yox, kitab gec bitsin deyə yavaş-yavaş oxuyarlar.
6. Nə qədər çox oxusalar o qədər yalqızlaşar, amma elə o qədər də xoşbəxt olarlar.
7. Kitab oxuduqca bəyəndikləri cümlələri bir kənara yazar, gözəl hissələrin altını xətləyərlər. İkinci əl kitab oxuduqda isə ilk oxucunun qeydlərindən o oxucunun düşüncəsini axtararlar.
8. Ancaq sifətinə baxmaqla, o adamın kitab oxuyan olub-olmadığını bilmək kimi qəribə bir vərdişə yiyələnər.
9. Sevdikləri romanların filmlərinin çıxması haqda xəbərləri laqeydliklə qarşılayar, çox məcbur qalmazsa o filmlərə getməzlər.
10. Oğlanlar “qız tovlamaq üçün kitab oxuyur” tənələrinə fikir verməz, qızları isə “tay-tuşunun uşağı məktəbə gedir” qeybətinə qulaq asmazlar.(kulis.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024