Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (16-04-2015, 10:59)
Kibercinayətkarlıqdan gələn pul narkobiznesi üstələyir

Kibercinayətkarlıqdan gələn pul narkobiznesi üstələyir

Dünyanın müxtəlif dövlətlərinin hüquq-mühafizə orqanları, eləcə də İnterpol və Avropol kimi təşkilatlar kibercinayətlərin sürətlə artmasından narahatdır. 

 

Mediatv.az”in ictnews.az-a istinadən məlumatına görə, bu barədə Londonun polis komissarı Adrian Leppard "TechUK" təşkilatının növbəti tədbiri zamanı çıxışında bildirib.

 O hesab edir ki, internetdə fırıldaqçılığın həcmi artıq dünyada narkotik alverindən əldə olunan gəlirləri üstələyir. Bundan əlavə, polis internet şəbəkəsində cinayətkarlığın qarşısını almaq üçün lazımi resurslara malik deyil. Polis komissarı vurğulayıb ki, kibercinayət hallarının 80 faizi barədə polisə məlumat verilmir, qalan 20 faizin isə yalnız beşdə bir hissəsinin üstü açılır. 

"LogRhythm" təhlükəsizlik provayder şirkətinin nümayəndəsi komissarın fikri ilə razılaşaraq qeyd edib ki, kibercinayətkarlarla təkcə hakimiyyət deyil, həm də internet mexanizmlərindən daha yaxşı xəbərdar olan texnoloji şirkətlər mübarizə aparmalıdır.   

Kibercinayətkarlar şəbəkə mühafizə sistemlərinə asanlıqla müdaxilə edə bilərlər. Bu səbəbdən kibercinayətlərin qarşısını tam almaq qeyri-mümkündür. Belə olan halda cinayətkarı aşkar etmək daha vacibdir, onların axtarışı üçün əsas şərt isə vaxtında reaksiya verməkdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
10 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
9 06 2025
8 06 2025
8 06 2025
8 06 2025