Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-04-2015, 14:41)
Zahid Oruc: “Papanın sözləri ermənilərin ziyanınadır”

Roma papasının “soyqırımı” ifadəsini işlətməsi Türkiyədə sərt təpkiyə səbəb oldu, Ankara bunu cavabsız qoymayacağını bəyan edir

 

Roma papasının 1915-ci il hadisələrini “soyqırım” adlandırması Türkiyədə sərt etirazla qarşılanıb. Açıqlamanın yayılmasından az sonra Türkiyənin Vatikanda olan səfiri Mehmet Paşacı məsləhətləşmə üçün İstanbula gəlib. Bundan başqa, Vatikanın Türkiyədəki elçisi ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə XİN-i Vatikan səfirinə papanın şərhlərindən “məyusluq olduğunu” çatdırıb. Səfirə eləcə də bildirilib ki, həmin şərhlər Türkiyə ilə Vatikan arasında “inamsızlıq probleminin” yaranmasına səbəb olub.
Qeyd edək ki, iki gün əvvəl Vatikanda keçirilən və erməni dini və siyasi liderlərinin də qatıldığı toplantıda Roma papası Fransisk 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb. Papa çıxışında bildirib ki, bu hadisə 20-ci əsrdə törədilmiş ilk soyqırım olub. Digər iki soyqırımı isə nasistlər və stalinizm törədib. 
Bu hadisə Türkiyədə sərt etirazlara səbəb olub. Baş nazir Davudoğlu bildirib ki, bu hadisələrin baş verməsində o zaman xarici qüvvələr iştirak edib: “Əgər xarici faktorlar olmasaydı, o zaman bu hadisələr olmazdı. Bu acıları tək tərəfli qəbul etmək, sadəcə, insanların bir qisminin acılarına sahib çıxıb, digər qismini ört-basdır etmək hörmətli papaya və oturduğu məqama yaraşmır”. 
Türkiyə XİN-dən verilən açıqlamada isə bu hadisəyə mütləq “cavab veriləcəyi” qeyd olunur. Xarici işlər naziri Mövlud Çavuşoğlu papanın açıqlamasının “tarixi və hüquqi reallıqdan uzaq” olduğunu bildirib. 
Deputat Zahid Oruc deyir ki, papanın açıqlaması Türkiyəyə ağır zərbə olub. Ancaq deputat təklif edir ki, bu vəziyyətdə emosional reaksiyalar olmaz: “Dünyada sayı 1 milyarddan çox olan katoliklərin lideri Roma papasının katoliklərin dini mərkəzi olan Vatikandan belə bir açıqlama ilə çıxış etməsinin çəkisi kifayət qədər ağırdır və bu, Türkiyəyə vurulan zərbədir. Buna görə də erməni mediası, dünyadakı erməni lobbi mərkəzləri  çox böyük bir eyforiyadadırlar.
Bunun Türkiyəyə vurulan ağır zərbə olduğunu, Türkiyə siyasi elitasının bu hadisədən isterikaya düşməsindən bəhs edirlər. Həmçinin papanın bu açıqlamasını dünyanın siyasi liderlərinə bir nümunə kimi təqdim etməyə çalışırlar. Nəzərə alaq ki, ABŞ-da daxil olmaqla, bir çox ölkələrdə uzun illər boyu erməni məsələsi üzərindən seçki kampaniyaları aparıb, yaxud da Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə edilib. Bütün bunların fonunda açıq mətnlə papanın ”soyqırım" ifadəsi işlətməsi xeyli düşündürücüdür və kontur addımlar atılmasını tələb edir. Biz avtomatik olaraq katoliklərin tarixi, onların dünya üzərində hakimiyyət uğrunda illər boyu həyata keçirdikləri vandalizm aktlarını xatırlatmaqla mübarizəyə erməni mövqeyindən yanaşmış olarıq. Yəni hazırkı dövrdə katolik aləmi ilə türk dünyasının toqquşdurulması erməni mənafelərinə daha çox xidmət edir". 
Z.Orucun fikrincə, Türkiyənin atdığı addımlar, səfirin geri çağırılması, Vatikandan izahat tələb edilməsi də çıxış yolu deyil. Eyni zamanda deputata görə, bu açıqlamalar ermənilərin maraqlarına da xidmət etmir: “Düşünürəm ki, bu zaman biz əvvəlki bəlli yanaşmaların şahidi olacağıq. Mənim aləmimdə ən optimal mövqe tarixin bu cür dönəmləri ilə bağlı bu cür açıqlamaların sülhə və sabitliyə deyil, daha çox qarşıdurmaların güclənməsinə xidmət edəcəyini ortaya qoymaq lazımdır. Yəni Türkiyə erməni məsələsində bu cür qeyri-dəqiq mövqedən çıxış edənləri ona inandırmağa bacarmalıdır ki, bu hadisə növbəti türk-erməni qarşıdurmasını doğuracaq və yaxud da Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırmayacaqdır. Hər hansı tarixi həqiqətlərin üzə çıxmasına deyil, ermənilərin bundan sonra da alət olmasına xidmət edəcək”. 
Papanı və erməniləri dəstəkləyən digər açıqlamaların əslində erməni xalqının maraqlarına uyğun olmadığını qeyd edən deputatın fikrincə, indi sərt reaksiyalardan çox dialoq və danışıqlara köklənmək daha çox fayda verər: “Ermənilərlə bu məsələni polemika mərhələsinə daşımaq lazımdır. Hər birimizə bəllidir ki, Ermənistandakı durum beynəlxalq aləmdə onların dayaqlarına təsir edib. Belə olan halda, müxtəlif dini və ya siyasi mərkəzlərdən verilən qərarlarla Türkiyə üzərinə getmək səmərə vermir. Ona görə də erməniləri ona inandırmaq lazımdır ki, bu cür ucuz qələbələrə sevinməklə öz gələcək faciələrinə impuls vermiş olurlar. Yəni hansısa qərarların tanıdılması və ondan sonra təzminat davaları və sair olmayacaq. Ermənilərin yeganə yolu Türkiyə və Azərbaycanla dil tapmaqdır. Bu mənada düşünürəm ki, Türkiyənin bu məsələdə katolik aləmi və eləcə də 24 aprel üçün hazırlaşan digər siyasi mərkəzlərlə danışıqları o istiqamətdə getməlidir ki, onlar həqiqətən də ermənilərin vəziyyətinə təsir göstərmək istəyir. Bu mərkəzlər həqiqətən də düşmənçiliyin aradan qaldırılmasında maraqlıdırlarsa, dialoq və müzakirələrə, ermənilərin iddialarından geri çəkilməsinə inandırmalıdırlar. Roma papasının açıqlaması bundan sonrakı dövrdə də ermənilərin itkilərə məruz qalmağına yönəlik çağırışdır. Bu, ermənilərin ağ günü üçün olan mövqe deyil. Azərbaycan tərəfindən də bu məsələyə təbii ki, bəlli bir çərçivədə siyasi münasibət olmalıdır”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024