Dünya (18-03-2015, 21:31)
Ermənilərin növbəti UĞURSUZLUĞU
Qondarma “erməni soyqırımı”nın “100 illiyi”ni qeyd etməyə hazırlaşan ermənilər tarixi faktlardan və reallıqlardan uzaq bu iddianı dünya ictimaiyyətinə sırımaq üçün dəridən-qabıqdan çıxırlar.
Hafta.az məlumat verir ki, böhtanları doğru kimi qələmə verməkdə və başqalarını ittiham etməkdə ad çıxaran ermənilərin martın 30-da UNESCO-nun mənzil qərargahında qondarma “erməni soyqırımı” ilə bağlı “Müharibə qurbanları” adlı sərgi təşkil etmək istəkləri növbəti dəfə baş tutmayıb.
Türkiyənin Fransadakı səfiri Hakkı Akıl ermənilərin bu istəklərini ürəklərində qoyub. Diplomat UNESCO-nun baş direktoru xanım İrina Bokovaya ünvanladığı məktubda ermənilərin qurumun iqamətgahında başqa ad altında qondarma “erməni soyqırımı” ilə bağlı sərgi təşkil etmələrinə qəti etirazını bildirib. O, ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdıqları “soyqırımı”nın heç bir tarixi və qanuni əsası olmadığını, bunun Ermənistanın Türkiyəyə qarşı əsrlər boyu bəslədiyi nifrət hissinin təcəssümü olduğunu vurğulayıb.
Səfirin etirazını və əsaslı faktlarını nəzərə alan UNESCO rəhbərliyi sərginin təşkilinə icazə verməyib. Beləliklə, ermənilərin yalanları ifşa edilib və onlar növbəti dəfə uğursuzluğa düçar olublar.