Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-04-2024, 14:15)
Mənsimov "Xəzər Lənkəran"ı gizlicə kimin adına keçiribmiş? - Görün, nələr var!

 "Xəzər Lənkəran"ı n keçmiş prezidenti Mais Mənsimovun şok əməlinin üstü açılıb.
 
Bu barədə redaksiyamıza onun yaxın qohumları məlumat verib.
 
Onların bildirdiyinə görə, sabiq rəhbər klubun adını daşıyan stadionu öz oğlunun adına keçirib. Hadisə 3 il öncə baş verib.
 
O, böyük qardaşı Mübariz Mənsimovun Türkiyədə həbs olunduğu vaxt saxtakarlığa əl atıb. Arenanın sənədlərini heç kimə xəbər vermədən dəyişdirib və qardaşına məxsus mülkiyyəti övladının adına rəsmiləşdirib.
 
Mübariz Mənsimov yalnız ilyarım sonra – həbsdən çıxandan bir qədər keçmiş bu hadisədən xəbər tutub. Öz adamlarını Türkiyədən Azərbaycana göndərib, müəyyən hüquqi prosedurlara baş vurub.
 
Bir müddət davam edən çəkişmə axırda iş adamını öz istəyinə çatdırıb, stadionu təkrar özünə məxsus şirkətin balansına qaytarıb.
 
Yeri gəlmişkən, "Xəzər Lənkəran"ın Mərkəzi Stadionunda yenidənqurma işlərinə nə vaxt başlanacağı məlum olub.
 
Martın əvvəlində təmirə bağlanan arenada çalışmalara bugünlərdə start veriləcək.
 
Eyniadlı klubun və idman qurğusunun sahibi olan Mübariz Mənsimov bu barədə yekun qərar qəbul edib.
 
Türkiyədə yaşayan və fəaliyyət göstərən iş adamı görüləcək işlərlə bağlı toplantı keçirib və təmirə sərf olunacaq büdcəni təsdiqləyib.
 
Arena üçün texniki işçilərin seçimi də artıq başa çatmaq üzrədir. Tikintiyə cəlb olunacaq ixtisaslı personal tapılıb.
 
Daha sonra tikinti işləri davam etdikcə, əlavə işçi qüvvəsi bura gətiriləcək. Yenidənqurmanı yerli şirkətlərdən biri həyata keçirəcək./Sportinfo.azшаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024