Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (11-03-2015, 20:36)
Pulsuz tibbi xidmətdən yararlananların sayı artıb - FOTO

 

Suraxanıdakı 15 saylı BŞXPŞ-nin baş həkimi: “İndiyədək 11 min 300 xəstə tibbi müayinədən keçirilib”

Cəmiyyətimizin sağlam olması üçün ilk öncə insanları ruhu, əqli və fiziki cəhətdən sağlam olmalıdır. Sağlam insanlar da həmişə sağlam mühit yaradıblar. Elə bu səbəbdən də ölkə başçısının tapşırığı əsasında sakinlərin pulsuz müayinə aksiyası keçən il olduğu kimi, bu ildə ölkə ərazisində davam etdirilir.

“Həftə içi”nin məlumatına görə, əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla həyata keçirilir. Pulsuz tibbi xidmətin gedişatını ozləmək üçün dünən Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanası Poliklinika şöbəsində olduq. Bəri başdan deyək ki, sözügedən səhiyyə müəssisəsi yaxın vaxtlarda beynəlxalq standartlara cavab verən səviyyədə əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib. Xəstəxana müasir tibb avadanlıqları ilə təchiz olunub. Həkimlərin işləməsi və xəstələrin müayinəsi üçün adıçəkilən tibb müəssisəsində hər cür şərait yaradılıb. Xəstəxanada Sevinc Hidayətova, Qərənfil Veysəlova, Tamara Nəsibova (terapevt), Elçin Babayev (rentgenoloq), İsrail Quliyev (nervopotoloq) kimi təcrübəli və peşəkar həkimlər çalışır. Hələ səhər saatları olmasına baxmayaraq, xəstəxananın 1-ci mərtəbəsi sakinlərlə dolu idi. Onlar növbə ilə gəlib həkim müayinəsindən keçirdilər. Birinci mərtəbənin foyesində terapev həkimlər əyləşmişdilər və onlar sakinləri tibbi müayinədən keçirirdilər. Həkimlər sakinləri dinləyir və qan təzyiqlərini yoxladıqdan sonra onları ayrı-ayrı kabinetlərə tibb müayinələrə göndərirdilər. Sakinlər kabinetlərə gedərək USM, rentgen və kompüter tomoqrafiyasından və digər müasir tibbi aparatlar vasitəsilə yoxlamalardan keçirdilər. Bir neçə saatdan sonra tibbi müayinələrin cavabları xəstələrə təqdim olunurdu. Bir sözlə, tibbi müayinədən keçən insanların bütün orqanlarına, toxumalarına, heceyrələrinə kimi dəqiqliklə yoxlanılırdı. Əgər hər hansı xəstədə infeksion və digər təhlükəli xəstəliklər aşkarlanardısa, dərhal həkim-tibb komissiyanın qərarı ilə pulsuz müalicə almaq məqsədilə stasionarlara, xəstəxanalara göndərilirdi.

Sakinlər razılıq edir

Onu da qeyd edək ki, tibb müayinə aksiyasına Suraxanı Rayon İcra Hakimiyyətinin tam nəzarəti altında keçirilirdi. İcra hakimiyyətinin nümayəndələri, eləcə də Qaraçuxur qəsəbə icra nümayəndəliyi həmin aksiyanın gedişatını tam nəzarətə götürmüşdülər. Xəstəxananın baş həkimi Arif Məmmədov müayinə kabinetlərinə şəxsən özü nəzarət edirdi. Müayinəyə gələn sakinlər aksiyanın yüksək səviyyədə təşkil etdiklərinə görə, əhalinin sağlamlığı keşiyində durduqlarına görə ölkə başçısına, eləcə də Səhiyyə Nazirliyinə və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına öz təşəkkürlərini bildirirdilər.

Qaraçuxur qəsəbə sakini Rafiq İmamverdiyev tibbi müayinədən maneəsiz keçdiyini deyir. Onun sözlərinə görə, tibb müayinə 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında da yüksək səviyədə təşkil edilib: “Bütün orqanlarımı müayinədən keçirdilər. Baxmayaraq ki, yaşım çoxdur, amma tibbi müayinələrin nəticələri sağlamlıq durumumun yaxşı olduğunu göstərir. Bu günə kimi heç bir həkimdə olmamışam, dərman belə qəbul etməmişəm. Amma pulsuz tibbi müayinənin yaratdığı imkandan istifadə edib, yoxlanmaq qərarına gəldim. Sağ olsun həkimlər, mehribanlıqla bizi qarşılayıb tibbi müayinədən keçirdilər. Sevinc Hidayətova baxmayaraq cavandır, çox güclü terapevdir. O, bədənimdə bir balaca soyuqluğun olduğunu aşkarladı və özüm də bir sıra xırda-para ağrılarla bunu hiss etmişdim. Həkimin respt əsasında yazdığı dərmanları alıb özümü bir kurs müalicə edəcəyəm. Prezidentimizə, Suraxanı rayon rəhbərliyinə, bu tibbi müayinə aksiyalarını təşkil edən bütün insanlara, eləcə də sağlamlığımızın keşiyində duran həkimlərimizə öz təşəkkürümüzü bildiririk. Bir daha əmin oldum ki, ölkəmizdə olan peşəkar və ixtisaslı həkimlər başqa ölkələrdə yoxdur”.

Qaraçuxur qəsəbəsi Veteranlar Şurasının sədri, qəsəbə sakini Əliağa Hüseynov 15 nömrəli BŞX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılıqla danışıb. O, bu xəstəxanada vətəndaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıb: “Mən də bütün tibbi müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar”.

11300 xəstə tibbi müayinədən keçirilib

15 saylı Birləşmiş Şəhər Xəstəxanası və Poliklinika şöbəsinin baş həkimi Arif Məmmədov ”Həftə içi”nin əməkdaşı ilə söhbətində bu ilin fevral ayından bu günə kimi 11300 xəstənin tibbi müayinədən keçdiyini söyləyib. Baş həkimin sözlərinə görə, onlardan 1449 nəfəri rentgendən, 3 min 27-si laboratoriya analizlərindən və 262 nəfəri isə fərdi kardioqramadan keçirilib. Bundan başqa, 40 nəfər müxtəlif ixtisaslı stansionar xəstəxanalara göndərilib, 4 nəfər dispanser qeydiyyatına götürülüb, 10 nəfər endokrimoloji, 4 nəfər isə ankoloji xəstələr aşkarlanıb. Bu işlərin həyata keçirilməsində Səhiyyə Nazirliyi bizə yaxından köməklik göstərir.

Arif Məmmədov onu bildirib ki, xəstəxana 2013-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Onun sözlərinə görə, prezidentin əhalinin pulsuz tibbi müayinəsinin təşkili barədə tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib: “Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisə 22100 nəfər böyük əhaliyə və 12900 uşağa xidmət edir. Xəstəxanaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram və digər müayinələrdən keçirlər”.

Baş həkim deyib ki, dünənədək 11300 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 1449 nəfəri rentgen, 3026 nəfəri laboratoriya və 262 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 776 nəfərərində xəstəlik aşkar olunub və 40 nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda, müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Sevinc Hüseynova isə ”Həftə içi”nə açıqlamasında bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla davam edir. Onun sözlərinə görə, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub: “Rayonun bütün qəsəbələrində və yaşayış sahələrində tibbi müayinə ilə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir. Bunun nəticəsidir ki, artıq 11 mart 2015-ci il tarixədək Suraxanı rayonunda 70 minə yaxın vətəndaş və 72-dən çox kollektiv tibbi müayinədən keçib. 3500 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 158 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə, xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilib”.

Qələndər Xaçınçaylı

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024