Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-10-2024, 20:49)
“Beşmərtəbə” yeraltı keçiddə bazarı himayə edənlər kimlərdir? -DE-FAKTO

Şəhərin mərkəz hissələrində avtomobil sıxlığını azaltmaq üçün bəzi ərazilərə avtomobillərin giriş-çıxışı da qadağan edilib. Görülən işlər ekologiyanın yaxşılaşdırılmasına, ətraf mühitin qorunmasına xidmət edir.

COP29 ərəfəsində yeraltı keçidlərin vəziyyəti də diqqətdə saxlanılır. Paytaxtdakı bir sıra yeraltı keçidlərdə ticarət fəaliyyəti qadağan olunub. Ancaq bəzi yeraltı keçidlərdə ticarət fəaliyyəti hələ də qalmaqdadır. Bu isə işləri dayandırılan digər sahibkarların narzılığına ciddi səbəb olur.



Bakının “20 yanvar” metrostansiyası və digər yerlərindəki yeraltı keçidlərdə ticarət dayandırılsa da, ancaq paytaxtın tam mərkəzində – “Nizami” metrostansiyasına yaxın ərazidə yerləşən “Beşmərtəbə” adlanan yeraltı keçiddə vəziyyət ürəkaçan deyil. Çox təəssüf ki, burada Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin və digər müvafiq qurumların gözləri önündə açıq anti-sanitar vəziyyət hökm sürür.

Nəzərə alsaq ki, turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri məhz paytaxtın “Beşmərtəbə” adlı yeraltı keçidinin olduğu ərazidir. Ancaq buradakı biabırçı vəziyyət, insanların sıx hərəkət etdiyi yeraltı keçiddə meyvə-tərəvəz satışı və keçidin zəbt edilməsi ciddi problemlər yaratmaqla yanaşı turistləri də diskomfort vəziyyətə gətirib.


İllərdir ki, “Beşmərtəbə” yeraltı keçidində havalandırma sistemi belə yoxdur, yanğın söndürmə balonlarının sayı isə azdır. Bu məkan gözlənilməz xoşagəlməz hadisələrdən sığortalanmayıb.

Bəs bu qədər problemlər olduğu halda “Beşmərtəbə” yeraltı keçidi niyə hələ də fəaliyyət göstərir?

Bu məkanın bağlanılmasına əngəl olan şəxslər kimlərdir?

Növbəti araşdırmamız bu barədə olacaq….(demokrat.az)

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024