Karusel (6-03-2015, 12:28)
“Ermənilər Ankaranın Bakıya qarşı olacağına ümid edir”
“Azərbaycanla Türkiyə arasındakı strateji ittifaq beynəlxalq arenada səylərin koordinasiyasına dair şifahi bəyanatlarla məhdudlaşmır. Bu, özünü dövlət başçıları, nazirlər, parlamentarilər səviyyəsində sistemli görüşlər və danışıqlarda da göstərir”
Bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.
İki ölkənin xarici siyasət idarəsi rəhbərlərinin qarşılıqlı səfərləri və məsləhətləşmələrinin bu il də xüsusi önəm daşıdığını deyən R. Musabəyov qeyd edib ki, son zamanlar Türkiyə və Azərbaycanın yüksək vəzifəli nümayəndələrinin vacib tərəfdaş ölkələrin də iştirakı ilə üçtərəfli görüşlər keçirmələri yeni təcrübəyə çevrilib: “Burada söhbət istər Gürcüstandan, istərsə də İran və ya Türkmənistandan gedir. Amma iki ölkənin XİN başçıları arasında ikitərəfli formatda görüşlər prioritet olaraq qalır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya fevralın sonunda etdiyi səfər ermənilərin Xocalıda törətdikləri soyqırımı aktının 23-cü ildönümünə təsadüf edib. Aydındır ki, səfərin tarixi təsadüfən seçilməyib. Bu, “1915-ci il soyqırımı” ilə bağlı türklərin ləkələnməsinə yönəlmiş yeni kampaniyaya start vermiş ermənilərə və onlara himayədarlıq edən qüvvələrə müəyyən mesajdır”.
Politoloq əlavə edib ki, ermənilər tarixin hansısa başqa bir dövründə baş vermiş faciəvi hadisələrə görə ağlaşma qurmaqdansa, müasir dövrdə kütləvi qətliamlar, etnik təmizləmələr, Azərbaycan torpaqlarının qanunsuz işğalı kimi hallara yol verdiyi üçün peşman olsunlar.
“İki ölkə arasındakı iqtisadi əməkdaşlıqda davamlı irəliləyiş müşahidə olunur - 2014-cü ilin yekunlarına görə, ticarət dövriyyəsi 1,8 milyard dollar təşkil edib. Bunun 1,3 milyardı Türkiyədən Azərbaycana idxalın, 0,5 milyardı isə Türkiyəyə ixracın payına düşür. Tərəflər ticarət dövriyyəsini 15 milyard dollaradək artırmaq niyyətindədir. Türkiyənin dünyada artan rolunun təsdiqi isə onun aparıcı iqtisadi fövqəldövlətlərin birliyi olan G-20 sammitlərində iştirakıdır”, - deyə o bildirib.
R. Musabəyov Türkiyənin, həmçinin onun üçüncü ölkələrdəki diasporunun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına verdiyi dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyinə diqqət çəkib: “Azərbaycan, onun diplomatik nümayəndəlikləri, KİV və diaspor təşkilatları da öz növbəsində Türkiyənin ermənilərə qarşı “soyqırım” törətdiyinə dair yalan kampaniyanın ifşasında Ankara ilə çiyin-çiyinə çalışır. Türkiyəni ittiham edən ermənilər isə eyni zamanda Azərbaycanı da hədəfə alırlar. Onlar beynəlxalq ictimaiyyətin canıyananlığından yararlanmağa, bununla da bəşəriyyət əleyhinə törətdikləri cinayətlərə, xüsusilə Xocalının dinc əhalisinə qarşı yol verdikləri əməllərə görə məsuliyyətdən qaçmağa cəhd edirlər. İrəvan son zamanlaradək Qərbdən olan himayədarlarının köməyi ilə Ankaranı Azərbaycanı dəstəkləməkdən çəkindirəcəyinə, ermənilərlə barışıq naminə Ankaranı dolayı kompensasiyaya razı salacağına ümid edirdi. Lakin bu gözləntilərin xülya olduğunu anlayan Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan “İsveçrə protokolları”nı parlamentdən geri çağırmaq məcburiyyətində qalıb”.
R. Musabəyov Türkiyənin nəhəng regional fövqəldövlət olduğunu bildirib: “Onun böyük demoqrafik, iqtisadi və hərbi potensialı var. Bu potensiala arxalanan Türkiyə rəhbərliyi tam müstəqil xarici siyasət yürüdür. Dünya fövqəldövlətlərinin ermənilərin əsassız iddiaları əsasında Ankara ilə münasibətlərini pozacağı yalnız miflərlə, geosiyasi fantaziyalarla yüklənmiş ermənilərin ağlına gələ bilərdi.
Üstəlik, Yaxın Şərqdə, həmçinin Ukrayna böhranı ilə əlaqədar bütünlükdə postsovet məkanında vəziyyətin ağırlaşması istər Qərb, istərsə də Rusiya üçün Türkiyə ilə tərəfdaşlığın önəmini artırır. Ermənilərin Türkiyəni “1915-ci il soyqırımı”nın dünya tərəfindən tanınacağına dair şantajlarının iflasa uğraması da təəccüblü deyil. Türkiyə liderləri ermənilərin əməllərini açıq və əzmlə dəf edirlər. Ankaranın indiyədək Ermənistana qarşı atdığı barışıq addımları heç kəsi yanıltmamalıdır. Türkiyəni zorla boynuna qoyulan cinayətlərin “etirafına” məcbur etmək, Ankara ilə Bakı arasındakı möhkəm ittifaqı dağıtmaq nə ermənilərə, nə də onların himayədarlarına nəsib olacaq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024