Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (26-06-2024, 19:33)
Rüstəm Şahbazov və “klinker canavarı” Cavidanla bağlı şok faktlar...

 

"Son günlər Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini işləyən Rüstəm Şahbazovun adı müxtəlif kriminal “razborkalarda”, çoxsaylı iş adamlarına külli miqdarda “pul atmaqda” hallanmaqdadır. Bakı sakini Dadaşov Abbas Eldar oğlunun Rüstəm Şahbazov və qardaşı Teymur Şahbazovla bağlı şikayəti buna nümunədir. Ölkə mediasında yer alan bu şikayətdə sahibkar Abbas Dadaşov bildirib ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi, Əmlak Komitəsinin Sumqayıt şöbəsinin yaxınlığında yerləşən 0.68 ha boş torpaq sahəsini uzun müddətə icarəyə götürmək üçün Rüstəm Şahbazovun qardaşına 236 min manat pul versə də, nəticədə nə işi düzəlib, nə də verdiyi pulu geri ala bilib". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məaqlədə daha sonra bildirilir: "Məumat üçün qeyd edək ki, Rüstəm Şahbazov və eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş rəhbərliyində təmsil olunan bəzi şəxslərin kriminal dairələrlə geniş əlaqəsi mövcuddur. Bu şəxslər kriminal dairələrlə əməkdaşlıqdan böyük pullar əldə edir. Belə ki, arxasını kriminal dairələrə söykəyən adıçəkilən məmurlar müxtəlif iş adamlarına, sahibkarlara yalan vədlər verərək onlardan böyük vəsaitlər qoparır, daha sonra kriminal ünsürləri də bu vəsaitə şərik etməklə, həmin pulları geri qaytarmaqdan imtina edirlər. Nəticədə, kriminal şəxslərlə üz-üzə qalan və həyatlarını da itirə biləcəklərindən ehtiyat edən sahibkarlar puldan imtina etməli olurlar. Xidmət rəisinin müavini Rüstəm Şahbazov bugünə qədər məlum üsulla milyonlarla manat məbləğində vəsait qazanıb və günümüzdə də qazanmaqda davam edir.

Maraqlıdır ki, məmurlar kimi bəzi sahibkarlar da kriminalla əməkdaşlığa maraq göpstərir, bu əməkdaşlıqdan qazanclı çıxmağa çalışrılar. Bu cür sahibkarlardan biri də sement monopolisti – “klinker canavarı” kimi tanınan Cavidan adlı iş adamıdır. Eyniylə Rüstəm Şahbazov kimi Cavidan da kriminal çevrələrlə əməkdaşlıq əlaqələri quraraq çoxlu sayda sahibkara ümumi dəyəri 30 milyon manata yaxın “pul atıb”. Ondan pulunu tələb edən sahibkarları kriminal dairələrlə hədələyən Cavidan nəinki aldığı puldan bir qəpik qaytarmayıb, əksinə, iş admalarından yeni pullar tələb etməkdədir.

Onu da vurğulayaq ki, məmur Rüstəm Şahbazovla iş adamı Cavidan arasında “işgüzar münasibətlər” mövcuddur və hər iki şəxs bir-birinə bu kimi qaranlıq işlərdə dəstək verir.

Xatırladaq ki, Rüstəm Şahbazov 12 il əvvəl 37 yaşlı iş adamının qətlini sifariş verməkdə ittiham olunur və bu iş üzrə məhkəmədə iştirak edib. Cavidan adlı “klinker canavarı” isə banklara v əsahibkarlara toplam 50 milyon manat vəsait “atsa” da hələ də azadlıqdadır".

Məsələ diqqətimizdədir... DAVAMI MÜTLƏQ OLACAQ...
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024