Karusel / Slayd (16-04-2024, 09:12)
Yeni nazir penitensiar sistemə ƏL GƏZDİRƏCƏKMİ?
"Penitensiar xidmət müəssisələrində hökm sürən neqativ hallardan biri bu sahədə olan qaranlıq işlərdir. Və çox təəsüflər olsun ki, bu kimi hallara birbaşa olaraq bu sahəyə rəhbərlik edən, nazir müavini Mirsaleh Seyidov başçılıq edir". Bu barədə dia-az.info-ya göndərilən məqalədə iddia olunur.
Məqalə müəllifi daha sonra bildirir: "Penitensiar müəssisələrdə baş verən qanunazidd hadisələrdən biri də burdur ki, əfv komissiyasına müstəqil müraciət edən məhkumlar cəza çəkdikləri müəssisənin rəisləri tərəfindən haqqlarında mənfi xarakteristika veriləcəkləri ilə qorxudularaq onlardan 1000 manat məbləğində rüşvət tələb edilir ki nəticədə məhkum buna razılıq verir. Bu işdə fəal olan rəislər Şağan cəzaçəkmə müəssisəsinin rəisi Ziya Hümbətov, Qaradağ rayonunda yerləşən cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılov və Xaçmaz rayon cəzaçəkmə müəssisəsinin rəisi İmran və onun müavini Fəxrəddin adlı şəxslər vardır. Bu hallara haqlı olaraq etiraz edən məhkum ailələrinə cəzaçəkmə müəssisələrinin rəhmərliklərinin gətridikləri bəhanə isə məbləğin Penitensiar xidmət rəhbərliyi tərəfindən tələb edildiyi və bu məbləğin yenə də yuxarıda qeyd etdiyimiz kimi penitensiar müəssisələrin təmir-tikinti, abadlıq işlərinə lazım olduğu bildirilir. Məsələnin acı tərəfi də budur ki, bu kimi hallarda məhkum ailəsinin qazi, şəhid ailəsi olduğuna həssaslıqla yanaşılmır. Bu kimi neqativ hallar da dövlətimizin bu kateqoriyadan olan ailələrə göstərilən dövlət qayğısı siyasətinə gölgə salmağa xidmət edir.
Adıgedən idarənin rəhbərliyi xəta ilə xəta düzəldir. Belə ki,cəzaçəkmə müəssisələrində Sizə ünvanlanan müraciətin müəllifi axtarışına start verilmişdi. Şağan və Qızıldaş qəsəbəsində yerləşən Məntəqə tipli cəzaçəkmə müəssisələrində məhkumları çağırtdırıb onları sorğu sual edirək müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən məhkumlara qarşı heç bir qeyriqanuni tələblərin edilməməsi barədə iltizam alırlar. Lakin öz qeyri qanuni tələblərini belə ki, 5000 man xoşgəldini almağa edirlər. Lakin məhkumlar yuzarıda qeyd edilən iltizamı yazdıqlarına görə artıq şikayət etmək hüququndan da özlərini məhrum etçiş olurlar. Bu tapşırıqları əsasən Şağan cəzaçəkmə müəssisəsinin rəisi Ziya Hümbətov, Qaradağ cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılov və Xaçmaz rayon cəzaçəkmə müəssisəsinin rəisi İmran və onun müavini Fəxrəddin müəllim yerinə yetirirlər. Bundan başqa Penitensiar Xidmətdə büdcə vəsaitləri dolayı yolla talanır. Misal olaraq qeyd etmək istərdik ki, Penitensiar Xidmət Baş İdarəsinin binasının pəncərələrinin dəyişdirilməsi xərcləri 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi İqbal müəllimə, binanın fasadının əsaslı təmiri isə 2 saylı məzaçəkmə müəssisəsinin rəisi Vüsal müəllimə və 1 saylı cəzaməkçə müəssisəsinin rəisi Emin Həsənova ‘’həvalə edilmişdir’’. Ümumiyyətlə Mirsaleh müəllimin idarəetmə üsulu qanun keşikçisindən daha çox kriminal aləmin idarə üsuluna daha çox bənzəyir. Rəislər tərəfindən bu kimi inşaat təmir tikinti işlərinin öhdəliyə götürülməsi onların tutduqları vəzifələrindən çıxarılmamasının sığortası kimi dəyərləndirilə bilər. Bir sözlə Mirsaleh müəllim pambıqla baş kəsir.
Belə hallar dövlətimizin zəifləməsinə, dövlət və vətəndaş arasında inamsızlıq yaranmasına xidmət edir. Hesab edirik ki, yeni təyin edilmiş Ədliyyə nazirimiz bu kimi halların aradan qaldırılmasında daha da həssaslıq nümayiş etdirəcək".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024