Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-12-2023, 16:22)
İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş

is-adami-vezifeli-sexslerle-goruse-gizli-kamera-ile-gedibmis


“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Zaur Adilova 8 il 1 ay, Əjdər Əliyevə isə 8 il 2 ay həbs cəzası verilib. Onların hər ikisi 2 il vəzifə tutmaq hüququndan da məhrum edilib.Araşdırmalar zamanı məlum olub ki, 1982-ci il təvəllüdlü Z.Adilov və 1960-cı ildə anadan olmuş Ə.Əliyev əlbir olaraq İrandan Azərbaycana kartof idxal edən şirkətin rəhbərindən MMC-nin 189.000 manat vergi borcunun silinməsi müqabilində 35 min manat rüşvət tələb ediblər.
Bundan sonra şirkət rəhbəri hüquq-mühafizə orqanlarına müraciət edib və məhkəmənin qərarı ilə vəzifəli şəxslərin izlənməsinə başlanılıb. Həmçinin şikayət etmiş iş adamının üzərinə texniki izləmə qurğusu (gizli kamera) yerləşdirilib. Tərəflər əvvəlcə 15, sonra isə 12 min manat rüşvət müqabilində “razılıq” əldə etdikdən sonra sahibkar ona dövlət qurumu tərəfindən təqdim edilmiş pulları vəzifəli şəxslərə verərkən əməliyyat keçirilib.
Z.Adilov və Ə.Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024