Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-09-2023, 17:06)
ATU-NUN TƏDRİS TERAPEVTİK KLİNİKASINDA İNANILMAZ QALMAQAL

Fərid Pirverdiyev: «Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…»

Xəbər verildiyi kimi, Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov bu ilin aprelində Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasına baş direktor təyin olunub. 2005-2006-cı illərdə Musa Nağıyev adına “Təcili Tibbi” yardım xəstəxanasında həkim-interna kimi fəaliyyət göstərn, 2008-2009-cu illərdə N.Tusi Klinikasında, 2011-ci ildən 2012-ci ilədək «Medikal Plaza» Klinikasında çalışan, 2013-2016-cı illərdə Səhiyyə Nazirliyində Özəl tibbi müəssisələrinin lisenziyalaşdırılması üzrə ekspert olan, 2014-2015-ci illərdə “Qrand-Hospital”da, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərən, nəhayət, “Bakı Bərpa Mərkəzi”ndə baş həkim işləyən Fərid Eyvazovun gəlişi ilə klinikada qalmaqallar başlayıb.

atu-ferid-eyvazov

 Bu barədə «Təzadlar»a müraciət edən klinikanın mühafizə xidmətində uzun illərdir çalışan Fərid Pirverdiyev açıqlama verib. Şikayət məktubundan sitat: «Hörmətli «Təzadlar! Bu məktubu sizə ünvanlamaqda məqsədim dərdlərimə şərik olub mənə köməklik etməyinizdir. Səhiyyə Nazirliyinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Ombudsmana müraciət etmişəm, lakin nəticəsi yoxdur. Ona görə də istədim sizin qəzet vasitəsilə dərdimi bölüşüm, bəlkə yatmış qəlblər oyandı. Mən sizi bir obyektiv və namuslu jurnalist bilib müraciət edirəm. Mən, Pirverdiyev Fərid  Ədalət oğlu, uzun müddət idi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında baş mühafizəçi işləyirdim. Mart ayından qara günlərim başlayıb. Səbəb isə Fərid Eyvazovun klinikaya yeni direktor təyin olunmasıdır. Səhiyyə Nazirliyinə və digər təşkilatlara bu direktorun qanusuz əməlləri haqqında dəfələrlə yazmağıma baxmayaraq, səsimə səs verən olmayıb. Sadəcə, əsəblərimdən çox şeyi yaza bilmirəm. Xahiş edirəm, məni Sizin internet televiziyanıza çıxarasınız, qoy cənab Prezident, eləcə də səhiyyə naziri Teymur Musayev burada baş verənlərdən məlumatlı olsunlar. Mənə bəlli olan budur ki, Fərid Eyvazov Klinikanı «özəlləşdirib», öz əsabələrini yanına yığaraq əvvəllər rəhbəri olduğu «Bakı Bərpa», «Alyans» və digər şirkətləri də idarə edir. Tədris Terapevtik Klinikanın həkimləri və digər işçiləri bu direktroun əlindən didərgin düşüblər. Hətta o, rektor Gəray Gəraybəylini belə saymır, istədiyini edir. Narazılar şikayət edir, Səhiyyə Nazirliyindən gələn komissiyanı da öz havadarlarının hesabına elə «yola» salır ki, heç kimin ruhu da incimir.  Deyiləsi sözlərim çoxdu.  Xahiş edirəm mənimlə bu nömrə ilə əlaqə saxlayasınız və mən sizə sənədlərlə və faktlarla geniş açıqlama verim…».

Daha ətraflı yazı təqdim ediləcək.

Redaksiyadan: məsələ ilə bağlı şikayətçi Fərid Şahverdiyevi təkrarən redaksiyaya dəvət etdik, söhbət etdik... Bu barədə  əlavə yazı təqdim ediləcək. Eləcə də baş verənlərlə bağlı (bəzi faktların aidiyyəti dövlət qurumlarında araşdırılması məqsədəmüvafiq sayıldı) Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Fərid Eyvazovla əlaqə saxlamağa çalışdıq. Lakin ATU-nun rəsmi saytındakı bölmədə klinikanın adının üstündən klıklayanda «Səhifə əlçatan deyil» sözləri yazılmaqdadır. O boyda universitetin saytındakı bu texniki anlaşılmazlıq və qüsur başa düşülən deyil... Çünki klinika barədə hansısa məlumat əldə etmək mümkünsüzdür.

Klinikanın baş direktoru F.Eyvazovu da dinləməyə hazırıq.

 «Təzadlar»ın Araşdırma Qrupu

atu-1

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024